Ceyhun Bayramov İspaniya dövlət katibini qəbul edib
SİYASƏT
08.10.2025, 15:07
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin ölkəmizdə səfərdə olan xarici və qlobal məsələlər üzrə dövlət katibi Dieqo Martinez-Belionu qəbul edib.
Mia.az xəbər verir ki, görüş zamanı, Azərbaycan və İspaniya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, xüsusilə siyasi dialoqun əhəmiyyəti, iqtisadi, enerji, turizm, nəqliyyat, humanitar və mədəni sahələrdə əməkdaşlıq, eləcə də regional məsələr müzakirə olunub.
Nazir Ceyhun Bayramov İspaniya ilə münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını vurğulayaraq, iki ölkə arasında mövcud siyasi dialoqun və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Liderlər arasında ötən ilin noyabr ayında COP29 çərçivəsində Bakıda, cari ilin may ayında isə Tiranada keçirilmiş görüşün əhəmiyyəti vurğulanıb.
Bununla yanaşı, cari ilin mart ayında Bakıda keçirilmiş Azərbaycan və İspaniya arasında Strateji İqtisadi Dialoqun 1-ci iclasının vacib platforma olduğu bildirilib.
Görüş zamanı tərəflər həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətləri, enerji təhlükəsizliyi, yaşıl enerji və nəqliyyat-kommunikasiya layihələri üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Nazir Ceyhun Bayramov post-münaqişə dövründə regionda yaranmış yeni reallıqlar, sülh prosesi, tarixi Vaşinqton görüşünün nəticələri, habelə Azərbaycanın bölgədə davamlı yinkişaf və sabitlik naminə atdığı addımlar barədə qarşı tərəfə ətraflı məlumat verib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparılıb.
Eyni gündə həmçinin Azərbaycan Respublikası ilə İspaniya Krallığı Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib. Nümayəndə heyətinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayev, İspaniya tərəfindən isə Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin xarici və qlobal məsələlər üzrə dövlət katibi Dieqo Martinez-Belio başçılıq ediblər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Deputatın oğlu etiraf etdi, həbsdən buraxıldı
Bugün, 00:14 SİYASƏT
-
Seçkiyə 474 milyon dollar xərcləyən Elon Mask: "...kosmik lazerlərim bu dəfə işə yaramadı"
Bugün, 00:06 GÜNDƏM
-
"MƏH HƏLƏ DƏ SİZİN PREZİDENTƏM" - Seçkidə uduzan Tramp yeni fotosu ilə qəzəbli mesaj verdi (FOTO)
Bugün, 00:02 GÜNDƏM
-
Çempionlar Liqası: "Fənərbaxça" "Liverpul" 3 qollar devirdi
Bugün, 00:01 İDMAN
-
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçının simfonik şousunu izləyiblər - FOTO
04.11.2026, 23:16 MƏDƏNİYYƏT
-
Ərdoğan Azərbaycanın hava məkanında: "Səfərdən qayıdarkən qardaş Azərbaycan xalqına əmin-amanlıq və..."
04.11.2026, 22:33 GÜNDƏM
-
Şaiq Şükürov direktor təyin edilib
04.11.2026, 22:02 CƏMİYYƏT
-
Əziz Yıldırım kisənin ağzını açdı: "Qalib gəlin, 2 milyon avronu alın!"
04.11.2026, 20:58 İDMAN
-
Yağış duası - LEYLA SƏMƏDOVA YAZIR
04.11.2026, 18:57 PRESS
-
Şagirdlərin “mygov”da fərdi hesablarının yaradılması: səbəb nədir? - AÇIQLAMA
04.11.2026, 18:25 CƏMİYYƏT
-
Xarici İşlər Nazirliyində birinci katib vəzifəsinə təyinat olub
04.11.2026, 18:03 SİYASƏT
-
Azercell “30 il səninlə” lotereyası çərçivəsində ilk qaliblərinə 2 Toyota Corolla Cross və 14 iPhone 17 Pro smartfonu hədiyyə etdi!
04.11.2026, 18:00 İQTİSADİYYAT
-
ABŞ-da 2026-cı il aralıq seçkiləri: siyasi nəticələr, geosiyasi perspektivlər və Cənubi Qafqaza təsiri... - TƏHLİL
04.11.2026, 17:47 SİYASƏT
-
"Gəlin, ümid edək ki, bu, Trampın..." - RƏSMİ MOSKVA ABŞ-dakı SEÇKİDƏN NARAHATDIR
04.11.2026, 17:32 GÜNDƏM
-
Kollecdə dava: tələbəyə 6 bıçaq zərbəsi endirildi
04.11.2026, 17:20 KRİMİNAL
-
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
04.11.2026, 17:08 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
04.11.2026, 17:00 İQTİSADİYYAT
-
"Fənərbaxça"nın keçmiş prezidenti ilə aparıcı bəraət aldı
04.11.2026, 16:47 İDMAN
-
“Salyanski kazarma”da mənimsəmə: kimlər istintaqa çəkilib? - Məhkəmə başlayıb
04.11.2026, 16:47 KRİMİNAL
-
Baş nazirdən "Hizbullah"a xəbərdarlıq: "Ölkəni yenidən müharibəyə çəkməyin"
04.11.2026, 16:26 DÜNYA
-
ƏƏSMN: "Sayca 6-cı sosial islahat paketinin icrası planlaşdırılır"
04.11.2026, 16:05 İQTİSADİYYAT
-
Prezident daha bir qanunu təsdiqlədi - Dəyişiklik
04.11.2026, 16:02 GÜNDƏM
-
İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisində! - FOTOLAR (YENİLƏNİB)
04.11.2026, 16:00 GÜNDƏM
-
Prezident İlham Əliyev Kamran İmanovu "Şərəf" ordeni ilə təltif etdi - Sərəncam
04.11.2026, 15:50 GÜNDƏM
-
DÖVLƏT AGENTLİYİNDƏ İKİ SƏDR MÜAVİNİ TƏYİNATI OLDU - Biri sabiq nazirin oğludur
04.11.2026, 15:29 GÜNDƏM
-
Aktrisa ilə futbolçunun "romantik sevgisi" medianı "bəzəyib" - FOTO
04.11.2026, 15:29 ŞOU-BİZNES
-
Baş nazir ABŞ-dakı seçkidən cəsarətləndi: "Sırada İspaniya var"
04.11.2026, 15:15 DÜNYA
-
Qulu Ağsəs: “Yazdığın şeirləri bir müddət qaranlıqda saxlamalısan, hansının qanadı çıxsa, yalnız onları çapa vermək olar...” (MÜSAHİBƏ)
04.11.2026, 15:04 MƏDƏNİYYƏT
-
Bu ərazidə qaz xətti üzərində tikili olacaq? - VİDEO
04.11.2026, 14:52 CƏMİYYƏT
-
Maliyyə naziri MM-də: "Dövlət büdcəsinin 11-13 %-i Qarabağın bərpasına xərclənir"
04.11.2026, 14:34 GÜNDƏM
-
Leyla Əliyeva “Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerasında - FOTOLAR
04.11.2026, 14:20 MƏDƏNİYYƏT
-
Sahil Babayevdən qızılla bağlı - AÇIQLAMA
04.11.2026, 14:17 İQTİSADİYYAT
-
Türkiyəyə qarşı çıxışları ilə tanınan siyasətçi də Konqresə seçildi
04.11.2026, 13:57 DÜNYA
-
Sosial müavinətlər artırılır
04.11.2026, 13:14 İQTİSADİYYAT