Milli Məclisin növbəti iclasının gündəliyi

img

03-04-2019 [10:00]


Milli Məclisin aprelin 9-da keçiriləcək plenar iclasının gündəliyi məlum olub.

Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, gündəliyə 19 məsələ daxildir.

Aprelin 9-da Hesablama Palatasının hesabatı təqdim olunacaq.

Bundan başqa gündəliyə Ailə, Vergi, İnzibati Xətalar, Su, Meşə və Əmək məcəllələrinə, o cümlədən "Gömrük taarifi haqqında”, "Fitosanitar nəzarəti haqqında”, "Balıqçılıq haqqında”, "Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, "Ekoloji təhlükəsizlik haqqında”, "İctimai iştirakçılıq haqqında”, "Kənd təsərrüfatı kooperasiyaları haqqında”, "Avtomobil yolları haqqında” və digər qanunlara dəyişikliklər daxil edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA