Azərbaycandakı diplomatlar bölgələrə səfərə çıxdı

img

02-04-2019 [10:30]


Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə Azərbaycanda regionların inkişafı ilə tanış olmaq və bu xüsusda ölkənin bölgələrində həyata keçirilən sosial, iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerində məlumatlanmaq məqsədi ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin 60-dan çox nümayəndəsinin Gəncə şəhərinə, Samux və Göygöl rayonlarına tanışlıq səfəri başlayıb

XİN-dən Mia.az-a verilən məlumata görə, səfər çərçivəsində diplomatlar Gəncə şəhərində Heydər Əliyev Park-Kompleksi, Nizami Gəncəvi məqbərəsi, İmamzadə ziyarətgah kompleksi və Gəncə Avtomobil Zavodu ilə tanış olacaqlar.

Eyni zamanda, diplomatlar Samux rayonunda "AqroEnerji” kompleksi və "Aqro Diary” MMC ilə, Göygöl rayonunda isə alman mədəni irsi, Göygöl Milli Parkı və Göygöl şərab zavodu ilə tanış olacaqlar.

Səfər aprelin 3-də başa çatacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA