01-04-2019 [14:17]
Müsavat Partiyasının sədriArif Hacılıdeyib ki, ilkin nəticələrə görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədləri Türkiyənin ən iri şəhərlərində şəhərlərində qalib gəlib:
"Ancaq hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası (AKP) ümumi səslər hesabına Türkiyədə ən çox səs alan partiya olub. Əslində qüvvələr nisbəti əsaslı şəkildə dəyişməyib. Proseslərin sonrakı gedişi, bələdiyə başqanlarının öz fəaliyyətinə tam başlaması siyasi mənzərəni daha da aydınlaşacaq. Təbii ki, hər şey nisbidir və Türkiyədə keçirilən seçkilər regionla müqayisədə daha demokratik keçirilir. Ancaq seçkilərdə müəyyən saxtakarlıqlara yol verilməsi ilə bağlı məlumatlar da narahatlıq doğurur. Əvvəlki illərdə Türkiyədə seçkilər müqəddəs bir məsələ idi. Nə iqtidar, nə də müxalifətdə olan qüvvələr seçkilərin saxtalaşdırılmasına yol verirdi. Ümumiyyətlə bu istiqamətdə hansısa şikayətlər, müzakirələr açılmırdı. Ancaq hər halda bütün bu mübahisəli məsələlərə baxmayaraq, ana müxalifətin partiyasının iri şəhərlərdə üstünlük əldə edə bilməsi göstərir ki, müəyyən qədər də olsa, demokratik şərtlərə əməl olunub”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədriSabir Rüstəmxanlıdeyib ki, Türkiyədəki seçkilər türk demokratiyasının qələbəsidir.
"Seçkilər göstərir ki, Ədalər və İnkişaf Partiyasının (AKP) siyasətində müəyyən durğunluq var. Son seçkilərdə əldə edilən nəticə demək olar ki, bir-birindən fərqlənməyib, yəni AKP nə geri gedib, nə də önə. Bu da Türkiyənin stabilliyinin əsas göstəricisidir. İkinci bir məsələ göstərdi ki, Türkiyədə oturuşmuş, demokratik cəmiyyət var, proseslər beynəlxalq hüquqa uyğun davam edir. Əsas məsələ budur ki, türk xalqının iradəsi seçkilərə yansımışdı, çox az etibarsız səs qeydə alındı. Bu da çox sevindicidir ki, Türkiyə digər Türk dövlətlərində və İslam dünyasında prinsipial irəliləyən bir ölkədir. Türkiyə bununla bir çox ölkəyə nümunədir. Seçilər bir daha göstər ki, demokratiyanın xristian mədəniyyəti olduğunu düşünənlər ciddi şəkildə yanılırlar, demokratiya dini bir mədəniyyət yox, bütünlükdə insanlıq məhsuludur. Türkiyədə sübut olundu ki, din, dil, irq ayrı-seçkiliyi olmadan demokratik cəmiyyət qurula bilər. Dünyanın təhlükəsizliyi, əmin-amanlığı məhz demokratiyanın yayılmasındanibarət olmalıdır”.
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var
İstanbulda gecə 3 maşına od vurulub
Daha çox şikayət edilən sığorta şirkətləri: "Xalq Sığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta"... - SİYAHI
İsrail Livanı bombaladı - Daha on nəfər həlak olub
Rezidenturaya qəbul imtahanı keçiriləcək - Bu tarixdə
Laçında əkinə yararlı torpaqlar icarəyə verilir
Azərbaycan nefti 12.69 dollar ucuzlaşdı - Neftimiz 90 dollara düşdü