01-04-2019 [13:33]
"Çılpaq qızların videosu yayıldı, cəmiyyətdə bir keçici çalxalanma yaratdı, bunu tirajlayanlar qınağa və ya marağa tuş gəldi, iş elə gətirdi ki, bahalı maşınlarının nömrəsindən adamları tapmaq da çətin olmadı”.
Mia.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa sosial şəbəkədə yazıb. O, bildirib ki, ortaya çıxan nəticəni sadəcə əxlaq prizmasından dəyərləndirmək doğru olmazdı. Bu, Azərbaycanda sosial və digər şərtlərdən yaranmış acınacaqlı bir gerçəklikdir:
"Narkomaniya və fahişəlik əvvəlki illərdən fərqli olaraq təsir coğrafiyasını xeyli genişləndirib. Burada diqqqət yetiriləsi əsas məqam budur ki, həmin videonu bütün personajları normal orta və yaxud ali təhsil almayıblar. Fahişəsi də, iş adamı da savadsızdırlar, təhsilsizdirlər. Çünki normal təhsili olan insan ən azı öz kriminalının açılması üçün belə ipucu verməməlidir”.
F. Mustafa qeyd edib ki, eyni durum "Kazbek"i dolduranların klipinə də aid oluna bilər: "Oynayan qadınların kimliyini araşdırsanız, tam əminliklə söyləyirəm ki, normal təhsil almamış insanlardır. Hansısa əxlaqsız əməllərin sahibi ola bilərlər, lakin təhsil və təlimi yerində olan ən azı özünü təqdimatın bu cür bayağı formasını seçə bilməz”.
Deputatın sözlərinə görə, iş burasındadır ki, idmançısı da, müğənnisi də, teleaparıcısı da, jurnalisti də, bələdiyyəçisi də, deputatı da lazımi keyfiyyətli təhsil mərhələsindən keçmədikdə büsbütün cəmiyyəti öz xəstəlik virusuna tabe etdirir:
"Hələ elm sferasında, pedaqoji arenada yüzlərlə qadına diplomun alisini peşkəş ediblər, əksər akademikin, professorun, böyük səlahiyyət sahiblərinin, pullu kimliklərin ailəsindən, qohum əqrabasından bir çox insan ən azı fəlsəfə doktorudur, məmurların əhəmiyyətli hissəsi normal təhsil almadan bir neçə ali təhsil diplomu daşımaqdadırlar, sonradan bunların əziyyəti bütünlükdə cəmiyyətin üzərinə düşür. Təhsil, təlim, elm anlayışımızı dəyişməyincə çox çətin olacaq axırımız. Hərdən məndən soruşanda ki, "axırımız necə olacaq?", öz-özümə gülümsəyirəm ki, nə qədər sadəlövh olasan ki, bu axarımızın elə axırımız olduğunu görməyəsən, sezməyəsən.
Məktəbə qayıtmalıyıq, məktəbə. Məktəbdəki yaramaz müəllimləri təmizləyib layiqli müəllimləri yenidən dirçəldərək millətin baştacına çevirə bilməsək, hamımızın videosunu deyil, ətini paylaşacaqlar...Ermənilər, ruslar, farslar, avropalılar, amerikalılar... 31 martda, 20 yanvarda, Xocalıda olduğu kimi...”.
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var
İstanbulda gecə 3 maşına od vurulub
Daha çox şikayət edilən sığorta şirkətləri: "Xalq Sığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta"... - SİYAHI
İsrail Livanı bombaladı - Daha on nəfər həlak olub
Rezidenturaya qəbul imtahanı keçiriləcək - Bu tarixdə
Laçında əkinə yararlı torpaqlar icarəyə verilir
Azərbaycan nefti 12.69 dollar ucuzlaşdı - Neftimiz 90 dollara düşdü