01-04-2019 [11:06]
"Azərbaycan prezidenti bəyan etdi ki, ölkədə iqtisadi, sosial və məhkəmə islahatları, o cümlədən siyasi islahatlar aparılacaq. Bir neçə gün əvvəl birinci vitse-prezident Mehriban xanım Əliyeva da səfirlərin həyat yoldaşları ilə görüşdə söylədi ki, Azərbaycanda sosial- iqtisadi islahatlar aparılır və bu islahatlar genişləndiriləcək. Bu da onu göstərir ki, artıq ölkənin siyasi rəhbərliyində islahatlarla bağlı tam fikir formalaşıb, qəbul olunmuş ciddi qərarlar var”.
Mia.az xəbər verir ki, bunu "Yeni Müsavat”a müsahibəsində BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib. O, bildirib ki, səmimi olaraq dəyişik istəyən qüvvələr bu islahatları dəstəkləməlidirlər və çalışmalıdılar ki, daha çox insan islahatları dəstəkləsin: "Bu islahatlara daxildən də müqavimət göstərən qüvvələr var. Bu qüvvələr daha mühafizəkar, hər şeyin əvvəlki kimi qorunub-saxlanmasını istəyənlərdir”.
Millət vəkilinin fikrincə, strateji əhəmiyyət daşıyan postlarda olan və bu islahatlara dəstək verməyən insanlar vəzifələrindən kənarlaşdırılmalıdırlar:
"Mən bilirəm ki, onları dəyişdirmək də çətindir. Həmin adamlara portfelsiz seromonial vəzifələr də verilə bilər. Amma o insanlar real hakimiyyət səlahiyyətlərindən məhrum olunmalıdır.Radikal müxalifətin bir qismi xaricdən idarə olunur və onlar hazırda canlandırılıblar. Bəzi xarici güclər hökumətə təzyiq edib ondan nəsə qoparmaq istəyir, bəziləri də təzyiq yolu ilə hökuməti islahatlardan çəkindirmək istəyir. Onlar çox istəyirlər ki, Azərbaycan Türkmənistan kimi yarı quldar, yarı feodal dövlət olsun və yalnız təbii sərvətlərin satılması hesabına yaşasın. Yəni bu dövlətin həm beynəlxalq imici zədəli olsun və həm də ölkənin iqtisadiyyatı inkişaf edə bilməsin. İqtisadiyyatı güclü olmayan ölkə də müharibəyə başlaya, torpaqlarını azad edə bilməz. Azərbaycanı bu cür görmək istəyən yaxın və uzaq dövlətlər var, onlar islahatlara bütün gücləri ilə mane olmağa çalışacaqlar. Mən verdiyim müsahibələrdən birində demişdim ki, islahatlar dərinləşdikcə, təxribatların miqyası genişlənəcək”.
Q. Həsənquliyevin sözlərinə görə, indi iqtidara nifrət o qədər körüklənib və müəyyən mənada cəmiyyəti o qədər parçalayıblar ki, bəzi insanları sağlam düşüncə yox, emosiya idarə edir:
"Bir qrup insan idarəetmənin sivil yolla dəyişməsini istəyən qüvvələri o qədər də yaxşı qarşılamır. Bu vəziyyət məni narahat etsə də, hesab edirəm ki, mən özümü mövcud vəziyyətə uyğunlaşdırmalı deyiləm. Mövcud durumun dəyişməsi istiqamətində çalışmalıyam ki, ictimai rəy qisasçıları, nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək istəyənləri yox, idarəetmənin dəyişməsini istəyən insanları dəstəkləsin. Yoxsa 5-3 dənə tərbiyəsiz, nifrət və qisas hissi ilə alışıb-yanan, yaxud istifadə olunan insanlar, yaxud iqtidardakı keçmişin tör-töküntüləri məni söyəcək, yaxud söydürəcək, təhqir və təxribatlar edəcək, mən bundan qorxum, çəkinim, mövqeyimi dəyişim ki, onlara xoş gəlim, bu yol tutulmamalıdır”.
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var
İstanbulda gecə 3 maşına od vurulub
Daha çox şikayət edilən sığorta şirkətləri: "Xalq Sığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta"... - SİYAHI
İsrail Livanı bombaladı - Daha on nəfər həlak olub
Rezidenturaya qəbul imtahanı keçiriləcək - Bu tarixdə
Laçında əkinə yararlı torpaqlar icarəyə verilir
Azərbaycan nefti 12.69 dollar ucuzlaşdı - Neftimiz 90 dollara düşdü