"Bizi bu bəndlər maraqlandırmır" - Polotoloqdan Vyana görüşünə şərh

img

30-03-2019 [10:10]


"Vyana görüşü arxada qaldı. Həmsədrlər il ərzində növbəti görüşün hazırlıqlarına başlayacaqlar”.

Mia.az xəbər verir ki, bu fikirləri "Atlas” Araşadırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu irəli sürüb. 

Onun fikrincə, həmsədrlərin hazırda başlıca məqsədi isti aylarda hərbi toqquşmanın qarşısını almaqdır:

"Bu məsələdə Nikol Paşinyan həmsədrlərlə həmrəydir. Paşinyan Vyanada Azərbaycan prezidenti ilə görüşdən sonra erməni diaspor nümayəndələri ilə görüşdü. Paşinyanın verdiyi açıqlamadan bu qənaətə gəlirəm ki, Ermənistanın baş naziri əvvəlkitək danışıqlarda münaqişənin həlli mexanizmlərini müzakirə etməkdən yayınır, çünki üzərinə məsuliyyət götürmək istəmir. O danışıqlarda əsasən "mövcud durumu necə qoruyaq”, "necə edək ki, atəşkəs pozulmasın” kimi bəndlər ətrafında müzakirə aparmaq istəyir. Bu danışıqların sıfır nöqtəsinə qayıdışdır. Bizi bu bəndlər maraqlandırmır və maraqlandırmamalıdır. Biz prinsipial – "Dağlıq Qarabağ ətrafındakı rayonlar nə zaman boşaldılacaq?”, "qaçqınların geri qayıtması müddəti nə qədər çəkəcək?” və sair bəndlərin müzakirəsində maraqlıyıq. Belə anladım ki, Vyanada bu bəndlər müzakirə olunmayıb. Bunu proqnozlaşdırmaq çətin deyildi”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA