Milli Məclis bu quruma səlahiyyət verməkdən İMTİNA ETDİ

img

28-03-2019 [10:16]


"Banklar haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi Milli Məclisin (MM) sabah, martın 29-da keçiriləcək plenar iclasının gündəliyindən çıxarılıb.

Buna səbəb qanun layihəsində Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsi nəzərdə tutulan səlahiyyətin mübahisəli olması olub.

Belə ki, dəyişikliklə bank faizlərinin yuxarı həddinin məhz Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulurdu ki, bu da mövcud prosedurlara və qaydalara uyğun gəlmir.

Bu məsələnin adıçəkilən Palatadan daha çox, Mərkəzi Bankın səlahiyyətində olduğu nəzərə alınaraq, dəyişiklik məqsədəuyğun hesab edilməyib və qanun layihəsi son anda gündəlikdən geri çəkilib. (Oxu.az)



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA