"Eldar Mahmudovun yaxasından tutub pullarını tələb etsələr, daha yaxşı olar" - Partiya sədri

img

27-03-2019 [16:52]


Dünən Bakıda yanan "Diqlas” ticarət mərkəzinin sabiq MTN naziri Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsus olduğu bildirilir. Sahibkarlar isə bu gün səhər saatlarından pullarını tələb etmək Nizami rayin İcra Hakimiyyətində olublar. Saat 16:00-da isə onların "Diqlas” ticarət mərkəzinin rəhbərliyi ilə görüşləri baş tutacaq.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Moderator.az-a açıqlamasında bildirdi ki, sahibkarlar onlara dəymiş ziyanı Eldar Mahmudovdan tələb etməlidir:

Haram pulla alınan mal, harama da çıxacaq. Eldar Mahmudov da bunu əzib, döyüb, şərləyib tutuğu adamların puluyla almışdı. Allah göydən baxır və heç vaxt belə haqsızlığı qəbul etmir. Kim haram pulla nə alıbsa, hamısının taleyi belə olacaq. E.Mahmudov Azərbaycanda milayardları yığdı və indi də oğlu gedib Londonda dövlətin əleyhinə iş aparır. Ona da bizim bir çox MMC sədrlərinin uşaqları qoşulub. Düşünürəm ki, nəticə bu cür də olmalıydı. Görünür burda müəyyən maraqlı qüvvələr var, amma yenə də əziyyət çəkən bizim kasıb təbəqə oldu. Ona görə də bizim o insanlar gedib E.Mahmudovun yaxasından tutub pullarını tələb etsələr, daha yaxşı olar.

Hər bir məmurun belə ticarət mərkəzləri, restoran və şadlıq sarayları var. Azərbaycan dövlətinin pullarının hamısı məmurların özlərinə, övladlarına və saxladığı arvadlara xərclənir. Məmurların bu qədər varlanması və özünə var-dövlət toplaması xalq arasında qıcıq yaradır. Milləti küçələrə tökən elə məmurların hərəkətləridir. Ölkə başçısı çox ciddi addımlar atır, amma onun addımlarına kölgə salan bu cür məmurlardır. Ona görə də o mülklərin hamısı məmurların əlindən alınmalıdır və xüsusi bir fond yaradılaraq həmin mülklər satılaraq xalqa qaytarılmalıdır. Xalqa etdiklərinə görə onlar nə vaxtsa cavab verməli olacaqlar. Orda mağazaları yanan insanların da ailəsi var, onlar da kimlərdənsə borc pul alıb dükan açıb, istəyib ki, ailəsi üçün çörək qazansın. E.Mahmudovun oğlunun təkcə "Diqlas” ticarət mərkəzi yox, gedin görün Londonda, İstanbulda nələri var. Məmurların hamısının ailəsi xaricdədi, burda başqalarını saxlayırlar”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA