"Onun vəziyyətinə düşüb, ondan sonra qərar vermək olar" - Əli Nağıyevdən İnsanovla bağlı daha bir açıqlama

img

27-03-2019 [15:12]


"Bu məsələ barədə heç nə deyə bilmərəm. Mən Əli İnsanov deyiləm. Onun vəziyyətinə düşüb, ondan sonra qərar vermək olar”.

Bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) ideya müəllifi və qurucularından biri, partiya sədrinin keçmiş müavini, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev bu günlərdə həbsdən azad edilən keçmiş səhiyyə naziri Əli İnsanovun mərhum Heydər Əliyevin məzarını ziyarət etməməsinə münasibət bildirərkən deyib.

Keçmiş nazir bildirib ki, başqasının adından açıqlama vermək doğru deyil:

"14 illik əzabdan sonra Əli İnsanovun duyğularını xəyalıma da gətirə bilmərəm. Onunla heç vaxt düşmən olmamışam. İndi bu adamın adından hər hansı açıqlama verməyim nə dərəcədə doğrudur?!”.

Modern.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA