27-03-2019 [14:40]
Xəbər verdiyimiz kimi, keçmiş təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov avtomobil qəzasına düşüb.
Mia.az xəbər verir ki, sabiq nazir bu və digər məsələ ilə bağlı musavat.com-un sualların cavablandırıb.
- Misir, çox keçmiş olsun! Mətbuatdan oxuduq ki, qəzaya düşmüşünüz. Hazırda sağlıq durumunuz necədir?
- Çox sağ olun. Hazırda durumum yaxşıdır, heç bir narahatlıq yoxdur.
- Deməli, artıq iş başındasınız?
- Bəli.
- Ağır qəza keçirmişdiniz, yoxsa yüngül?
- Yox, yüngül qəza idi.
- Misir müəllim, sabiq səhiyyə naziri Əli İnsanov əfv olunandan sonra onun bir sıra keçmiş komanda yoldaşlarından reaksiya gəlib. Sizin münasibətiniz çox maraqlıdır...
- Yox. Mən bu barədə danışmaq istəmirəm.
- Hətta Əli Nağıyev də sabiq səhiyyə naziri barədə danışıb, hansı ki, vaxtilə Əli İnsanovla münasibətlərində problemlər var idi...
- Hamısını izləyirəm, oxuyuram. Amma mənim onların heç biri ilə işim yoxdur. Allah işlərini xeyir eləsin.
-Əli İnsanovu "Qərbi azərbaycanlıların ağsaqqalı” kimi təqdim edirlər. Buna reaksiyanız necədir?
- Olsun. Özü bilər. Belə hesab edənlər eləsinlər.
- Bəs, siz necə hesab edirsiniz, Qərbi azərbaycanlıların ağsaqqalı kimdir?
- Vallah, vaxtilə Heydər Əliyev olub. İndiki prezidentimizin də həm ana babası, həm də ata babası ordandır. Vəssalam! Xalqın da böyük əksəriyyəti onlara səs verib. Ona görə də mən hesab edirəm ki, başqa ağsaqqal axtarmağın mənası yoxdur.
- Düşündüm deyəcəksiniz ki, heç mənim də yaşım az deyil...
- Yox. Mən heç zaman elə söz demərəm.
- Mövcud situasiyada regional amili qabardanlara sözünüz nədir?
- O bizim ümumi işimizin ziyanınadır. Azərbaycanın ziyanınadır. Azərbaycanı bölgələrə bölmək olmaz. Bir Azərbaycan var, qurtardı getdi!
- Siz də uzun müddət təhsil naziri vəzifəsində çalışmışınız. Nazirliyə işə qəbul məsələsində regional amilə yer ayırırdınızmı?
- Qəti şəkildə! Heç bir zaman! Kim istəyirsə, siyahıya baxa bilər, görər ki, kim var, kim yox. Heç bir zaman elə bir hal olmayıb. Bu gün də mənim iş təcrübəmdə elə bir şey yoxdur, olmayıb da.
- Misir müəllim, hər halda sizin də təcrübəniz və yaşınız az deyil, görüşmək imkanı yaransa, keçmiş komandadaş, bir həmyerli olaraq Əli İnsanova nə məsləhət verərdiniz?
- Şəxsən mən bu yaşda yenidən siyasətə qayıdıb siyasətlə məşğul olmazdım. Mən olsam... Allah eləməsin. Amma məşğul olmazdım. İşimlə məşğul olardım. Aliməm, alimliklə, həkiməm, həkimliklə... Nəyə lazımdır? İndi mənim 73 yaşım var. Təzədən gedib yenidən kiməsə qoşulmaq...Mənə elə gəlir ki, bu, yanlışlıq olardı. Nə olubsa, olub, qurtarıb daha.
- Belə çıxır ki, Əli İnsanov həbsdən çıxandan sonra "keçmiş olsun” deməmisiniz?
- Yox, mənim onunla heç bir əlaqəm olmayıb.
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var
İstanbulda gecə 3 maşına od vurulub
Daha çox şikayət edilən sığorta şirkətləri: "Xalq Sığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta"... - SİYAHI
İsrail Livanı bombaladı - Daha on nəfər həlak olub
Rezidenturaya qəbul imtahanı keçiriləcək - Bu tarixdə
Laçında əkinə yararlı torpaqlar icarəyə verilir
Azərbaycan nefti 12.69 dollar ucuzlaşdı - Neftimiz 90 dollara düşdü