23-03-2019 [20:29]
"Vəkilliyin problemləri həmişə məni narahat edib, bu gün də həmin problemlər aktualdır. Mənim Vəkillər Kollegiyası (VK), onun Rəyasət Heyəti və sədri ilə heç bir şəxsi problemim yoxdur”.
Mia.az-ın məlumatına görə, bu sözlər vəkil Adil İsmayılova məxsusdur. Vəkil bildirib ki, bu gün VK-da olan vəziyyət göz qabağındadır:
"Mənim VK-ya, ordakı vəziyyətə qarşı çıxmağım doğrudan ilk baxışdan başa düşülən deyil. Mən Azərbaycanın ən firavan yaşayan, cəmiyyətdə sayılıb-seçilən, hüquq mühafizə orqanlarında, məhkəmələrdə nüfuzu olan, sözün hər mənasında problemsiz, loyal, peşəkar vəkillərindən biriyəm (hər halda mən belə hesab edirəm). Üstəgəl rəhbərliklə də canbrat görünürdüm, addımbaşı üzümə vurduqları, istəmədiyim halda verdikləri "Fəxri Fərman”ım da vardı.
Suala cavab axtararkən son illərdə yazdığım statuslara təkrar baxmaq və bəzilərini yenidən paylaşmaq qərarına gəldim. 30 sentyabr 2016-cı ildə yazmışdım " Dostlar! Statuslarınızı saxlayin! Onlar diaqnoz qoymaq üçün psixiatrınıza lazım ola bilər." Bu nəticəyə gəldim ki, özümə xas olmayan heç nə etməmişəm. Bir müddət öncə paylaşdığım statusda nə istədiyim sualına 22 sentyabr 2013-cü ildə yazdıqlarımla cavab vermişəm. Həmin yazıda bir bənd belə idi: "dünyanın ən ləyaqətli peşələrindən olan vəkillik peşəmdən zövq almaq istəyirəm, cəmiyyətdə qabiliyyətimə və səviyyəmə uyğun yer tutmaq və buna uyğyn təminat istəyirəm”. Bundan bir müddət sonra 11 fevral 2016-cı ildə "Allah heç kimin işini, içi mən qarışıq , Azərbaycan vəkilinə salmasın. İndi başa düşürəm ki, millət niyə vəkilə müraciət etmir.Elə düz də edirsiniz, türklər demiş, imkanınız varsa yarıtmaz vəkil tutmaqdansa elə hakim tutun ... ” yazmışdım.
Düz bir ay əvvəl paylaşdığım "Allahım məni vəkilimdən qoru. Prokurorla, hakimlə özüm dil taparam...” statusumun 360 nəfər tərəfindən bəyənilməsi vəkilliyin "nüfuzunun" əyani göstəricisidir. Barmaqla sayılacaq 5-10 kollegiyamın vəkilliyin artmaqda olan nüfuzu barəsində dedikləri əksəriyyət tərəfindən istehza və rişxəndlə qarşılanır. Bir aydan artıq vaxt keçməsinə baxmayaraq VK-nın rəhbərliyi mənim suallarıma cavab verməkdən yayınır.
Etiraf edin ki, "susmağınızın əsas səbəbi qorxudur, qalanı bəhanədir”. Hesab edirəm ki, VK-dakı problemlərin sosial şəbəkədə müzakirəsi hamımıza lazımdır. Bayramdan əvvəl VK sədrinə əlavə bir neçə sual da ünvanlamışam. Əminəm ki, bütün suallarıma cavab alacam. Bayram günlərində heç kimi narahat etmək istəmədiyim üçün bir müddət ara verməyə qərar vermişdim. İstirahət günlərindən sonra daha əzmlə və inadkarlıqla başladığım işi başa çatdıracam”.
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var
İstanbulda gecə 3 maşına od vurulub
Daha çox şikayət edilən sığorta şirkətləri: "Xalq Sığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta"... - SİYAHI
İsrail Livanı bombaladı - Daha on nəfər həlak olub
Rezidenturaya qəbul imtahanı keçiriləcək - Bu tarixdə
Laçında əkinə yararlı torpaqlar icarəyə verilir
Azərbaycan nefti 12.69 dollar ucuzlaşdı - Neftimiz 90 dollara düşdü