22-03-2019 [00:07]
Ermənistan baş nazirinin "Dağlıq Qarabağın danışıqlar prosesinə cəlb edilməsi formatın dəyişdirilməsi deyil, bərpa ediməsidir” mülahizəsinin izahına ehtiyac duyulur, belə ki, onu əsaslandıran hər hansı sənəd və qərarlar mövcud deyil.
Bu xüsusda, danışıqlar prosesinin formatının dəyişilməz olduğunu birmənalı şəkildə əks etdirən Minsk Qrupunun həmsədrlərinin son bəyanatına bir daha vurğulamaq istərdik. Oxşar bəyanatla Avropa İttifaqının yüksək vəzifəli şəxsləri də çıxış etmişlər. Beynəlxalq ictimaiyyətin bu mövqeyi Ermənistan üçün ciddi siqnaldır, həmçinin Azərbaycanın əsaslı mövqeyinə dəstəyi nümayiş etdirir. Bununla belə, danışıqlar prosesinin reallıqlarını izah etmək üçün aşağıdakı məsələlərə yer ayırmağa ehtiyac var.
Mia.az-in məlumatına görə, bu fikirlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin şərhində yer alıb.
"Birincisi, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə təsdiqləmiş və erməni işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Bu qətnamələr münaqişənin nizama salınmasının hüquqi əsasını təşkil edir.
İkinci, ATƏT-in 1992-ci il 24 mart tarixində Helsinkidə Nazirlər Şurasının Əlavə Görüşünün gəldiyi nəticələrə nəzər salaq. Məlum olduğu kimi, bu sənəddə ATƏT-in Fəaliyyətdə olan Sədrinə Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həlli üzrə Minsk şəhərində sülh konfransının çağırılması tapşırılır və bu xüsusda sənəddə qeyd edilir: "Konfransda iştirak edən ölkələrlə məsləhətləşmələrdən sonra Dağlıq Qarabağın seçkili və digər nümayəndələri maraqlı tərəf qismində sədr tərəfindən Konfransa dəvət oluna bilər”. Burada əks olunan Dağlıq Qarabağın seçkili və digər nümayəndələri, məhz ölkəmizin Dağlıq Qarabağ bölgəsinin hər iki, erməni və azərbaycanlı icmasını nəzərdə tutur və sənəddə icmalar maraqlı tərəflər qismində qeyd olunur. Xatırladırıq ki, ATƏT-in Minsk Qrupunun həmsədlərinin son bəyanatında da hər iki icmaya məhz maraqlı tərəf qismində istinad edilir. Maraqlı tərəflərin Minsk Konfransına çağırılması məsələsinə gəldikdə isə, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarıldıqdan sonra çağırılacaq sülh konfransına maraqlı tərəflər qismində ölkəmizin Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının dəvət olunmasına, əlbəttə müvafiq razılaşmadan sonra baxıla bilər.
Üçüncü, 1994-cü il ATƏT-in Budapeşt qərarından dəqiq sitat gətiririk: "Münaqişənin davam etməsini və onun əhatə etdiyi insan fəlakətini pisləyərək, iştirakçı dövlətlər Rusiya Federasiyasının ATƏM-in Minsk Qrupu ilə əməkdaşlığı çərçivəsində vasitəçiliyi ilə münaqişə tərəflərinin 1994-cü ilin 12 may tarixli atəşkəs razılaşmasını təsdiq etməsini alqışladılar. Onlar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə sadiq olduqlarını təsdiq etdilər və Təhlükəsizlik Şurasının ATƏM-in münaqişənin sülh yolu ilə həllinə yönələn səylərinə göstərdiyi siyasi dəstəyi alqışladılar”. Sammitin qərarında istinad edilən 1994-cü ilin 12 may tarixində əldə edilmiş atəşkəs razılaşması, ATƏT-in yuxarıda qeyd olunmuş 1992-ci il 24 mart tarixli Helsinki Nazirlər Şurasının qərarına uyğun olaraq münaqişənin tərəfləri qismində Azərbaycan və Ermənistan tərəfindən, eləcə də münaqişənin tənzimləbnəsində "maraqlı tərəflər” qismində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının rəhbərləri tərəfindən təsdiqlənib. Beləliklə də bu qərarda hər hansı bir şəkildə Dağlıq Qarabağa ayrıca tərəf kimi istinad edilmir. Üstəlik, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə dəstək ifadə olunur. Həmçinin, atəşkəsin əldə olunması ilə bağlı razılıqdan danışarkən razılaşmanın xüsusi əlavəsi kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması barədə vaxt cədvəli hazırlandığını erməni tərəfinə xatırlatmaq istərdik. Bu cədvələ uyğun olaraq işğalçı Ermənistan qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalı idi" – deyə XİN-in şərhində bildirilir.
XİN xatırladıb ki, vaxtı ilə hələ 1992-ci ildə Ermənistanın bəzi əsassız iddialarının sülh prosesinə ciddi əngəl törətdiyini diqqətə alaraq, Minsk Qrupunun sədri tərəfindən Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının bərabərhüquqluluğuna dair açıqlama verilmişdi: "İtaliya sədrliyi Ermənistanın 24 mart mandatının Dağlıq Qarabağ ermənilərinə azərbaycan tərəfinə münasibətdə formal üstünlük verməsi, hətta onları "seçilmiş nümayəndələr” adlandırılması ilə bağlı Minsk Qrupunun digər üzvləri arasında hər hansı konsensus əldə edə bilmədi” (ATƏM Kommunikasiya sənədi Noş 279, Praqa, 15 sentyabr 1992). Göründüyü kimi, bu məsələyə hələ 1992-ci ildə, yəni Minsk Qrupunun formalaşdığı ilkin mərhələdə aydınlıq gətirilərək, Dağlıq Qarabağn hər iki icmasının bərabərhüquqlu olduğu bəyan edilmişdir.
Nəhayət, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) "Çiraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərar Ermənistanın öz məsuliyyətini davamlı şəkildə inkarına son qoyaraq təsbit etdi ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejim Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi hesabına mövcuddur və Ermənistan bu ərazilər üzərində effektiv nəzarəti həyata keçirir.
Münaqişənin həlli üzrə danışıqların irəliləməsi səylərini heçə endirən bu kimi əsassız iddiaların axtarılmasına sərf edilən vaxt, sülh prosesinin uğuru və bölgənin dayanıqlı inkişafına xələl gətirir. Ermənistan rəhbərliyinin vaxtını nəyə sərf etməkdə maraqlı olduğunu nümayiş etdirməsinin tam məqamıdır.
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var
İstanbulda gecə 3 maşına od vurulub
Daha çox şikayət edilən sığorta şirkətləri: "Xalq Sığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta"... - SİYAHI
İsrail Livanı bombaladı - Daha on nəfər həlak olub
Rezidenturaya qəbul imtahanı keçiriləcək - Bu tarixdə
Laçında əkinə yararlı torpaqlar icarəyə verilir
Azərbaycan nefti 12.69 dollar ucuzlaşdı - Neftimiz 90 dollara düşdü