19-03-2019 [09:49]
Martın 16-da prezident İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamı cəmiyyətdə çox yüksək qarşılanıb. Əfv edilənlərin sırasında 50-dən çox siyasi fəalın da yer alması xüsusi rəğbətlə qarşılanıb. Bu, cəmiyyət-iqtidar münasibətlərinin möhkəmlənməsində mühüm addım hesab olunur.
Həmçinin həbsdə qalan bir neçə siyasi fəalın - Seymur Həzi, Asif Yusifli, İslam Partiyasının keçmiş sədri Mövsüm Səmədov, ilahiyyatçı Abgül Süleymanov və digərlərinin də qarşıdakı müddətdə azadlığa buraxılması arzu edilir.
Vurğulanır ki, hökumət tərəfindən cəmiyyətə yönəlik siyasi açılımların fonunda həmin şəxslər də qarşıdakı aylarda azad edilə bilər.
Praktikada olmasa da, bu ilin sonuna qədər daha bir əfv sərəncamının imzalana biləcəyi barədə xəbərlər dolaşır.
Mia.az xəbər verir ki, "Yeni Müsavat”a danışan hüquq müdafiəçisi, İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı dedi ki, Azərbaycanda islahatların gedişi göz qabağındadır: "Bunu danmaq insafsızlıq olardı. Bu ilin əvvəlindən başlayaraq prezident tərəfindən atılan müsbət addımların şahidi olmaqdayıq. Son addım isə ən möhtəşəmi oldu. Bizim təqdim etdiyimiz siyahıdakı 55 nəfər də azadlığa buraxıldı. Onu da qeyd edim ki, siyahımızdakı beş nəfər yanvar və fevral aylarında ya cəzaları bitib azad olunublar, ya da vaxtından əvvəl şərti olaraq azadlığa çıxıblar. Ümumilikdə götürsək 60 nəfərin azad olunması ilə siyahımız qapandı. Seymur Həzi və Asif Yusiflinin azadlığa çıxmalarına çox az müddət qalıb. Düşünürəm ki, onlar qısa zamanda azadlığa buraxılacaqlar. Ümidlənməyimizə əsas var. Bilirsiniz ki, 2017-ci ildə prezident tərəfindən ədliyyə sahəsində humanistləşdirilmə ilə bağlı sərəncam verildi. O sərəncamdan keçən iki il ərzində məhkəmə yolu ilə çoxsaylı insan azad olunub. Bu iki şəxs haqqında da məhkəmə yolu ilə azadlığa buraxılma qərarı verilə bilər. Həbsdə qalan digər siyasilərin bu il azadlığa buraxılacağına ümid edirəm. Belə fikirlər səslənir ki, may ayında yenidən əfv sərəncamı veriləcək. Açığı, bunun baş verəcəyini düşünmürəm. Çünki iki ay ərzində yenidən əfv vermək halı bu günə qədər baş verməyib. Amma bilirsiniz ki, əfv sərəncamı vermək cənab prezidentin səlahiyyətidir. Üzümüzə gələn bayramlar ərəfəsində əfv gözləmək olar. Siyasi məhbuslarla bağlı beynəlxalq təşkilatlar Azərbaycana yönəlik təzyiqlər edirdilər. İndi bu əfv həmin qurumlar tərəfindən müsbət qiymətləndirilib. Bu da elə-belə olmadı. Biz bir daha beynəlxalq aləmə göstərdik ki, əgər hər hansı bir problemimiz varsa, biz onu həll edə bilərik. Əminliklə deyirəm ki, bu sərəncam dövlət strukturları, prezidentlə vətəndaş cəmiyyəti arasında aparılan danışıqlar nəticəsində imzalandı. Bununla bağlı cənab prezidentə bir daha təşəkkür edirik. 400-dən çox insan əziz bayramı evində keçirəcək. Bizləri ən çox sevindirən odur ki, işimizə qiymət verildi”.
Hüquq müdafiəçisi yeni bir əfvə ehtiyacın olub-olmadığı yönündə sualımıza bu cür cavab verdi: "Ölkə başçısı tərəfindən ötənlərdə Yeni il, Qurban bayramı, Novruzda əfv sərəncamları imzalanıb. Bu il yeni bir əfv verilə də bilər. Həbsxana heç vaxt yaxşı yer olmayıb. İnsanın azadlıq hüququnu əlindən alır. Buna kiminsə ağız büzməsi, əleyhinə fikirlər səsləndirməsi dözülməz bir haldır. Hüquq müdafiəçiləri olaraq məhbusun siyasi olub-olmadığı bizi o qədər də maraqlandırmır. İndi azad olunanlar arasında elələri var ki, ağır xəstədir, övladları yollarını gözləyirdi. Onların azadlığa buraxılmaları ən böyük sevinc deyilmi? Azad edilənlər arasında qadınların olmasına necə sevinməmək olar? Gözəl Bayramlı üçün çox sevindik. Yeganə siyasi məhbus qadın idi ki, həbsxana həyatı yaşayırdı. Əfv etmək Allah tərəfindən verilən yüksək bir hissdir. Onu hər adam bacara bilməz, hər adama da bu şamil edilməz. Prezidentimiz bu hissə qadir bir insandır. Əgər cənab prezident belə bir əfv verdisə, bu o deməkdir ki, digər məhbusların azad edilməsi davamlı olacaq. Biz artıq siyasi məhbus problemindən birdəfəlik azad olub, xalq olaraq Qarabağ probleminin həlli üçün ayağa qalxmalıyıq. Bunun vaxtı çoxdan çatıb”.
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var
İstanbulda gecə 3 maşına od vurulub
Daha çox şikayət edilən sığorta şirkətləri: "Xalq Sığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta"... - SİYAHI
İsrail Livanı bombaladı - Daha on nəfər həlak olub
Rezidenturaya qəbul imtahanı keçiriləcək - Bu tarixdə
Laçında əkinə yararlı torpaqlar icarəyə verilir
Azərbaycan nefti 12.69 dollar ucuzlaşdı - Neftimiz 90 dollara düşdü