17-03-2019 [17:04]
Keçmiş səhiyyə naziri Əli İnsanovun həbsdən azad olunması və həbsxana qapısındaca sərt açıqlamalar verməsi onun aktiv siyasətlə məşğul olacağını düşünməyə əsas verir. Sosial şəbəkədə sabiq nazirin ilk müsahibəsinə reaksiyalar da bu istiqamətdədir.
Ə.İnsanovun ilk açıqlamasına sosial şəbəkələrdə verilən bəzi şərhləri təqdim edirik.
Politoloq Fərhad Mehdiyev bildirir ki, Əli İnsanov müsahibəsindən bu nəticələri çıxarmaq olar:
"1. Özünü müxalifət sahəsinin bir oyunçusu hesab edir.
2. İfadəsinə görə, koalisiyaya üzv də ola bilər, kiməsə dəstək də ola bilər, amma özü də liderlik iddiasındadır.
3. Əli İnsanov puluna və adamlarına güvənir. Bilinən hal bu idi ki, bir xeyli ermənistanlının ağsaqqalıdır".
F. Mehdiyev hesab edir ki, Ə. İnsanov kütləvi və səmimi formada keçmiş əməllərindən peşmançılıq keçirdiyini dilə gətirməsə, müxalif kəsimdən dəstək ala bilməyəcəyi kimi, hökumət də onu ara-sıra keçmişi ilə ittiham edib etibarsızlaşdıracaq: "Əli İnsanov yaşlıdır, hər bir halda onun müstəqil bir lider kimi ortaya çıxması çətindir, tək hərəkət etsə marjinal olaraq qalacaq.
O, hal-hazırda şəxsi emosiyalarla çıxış edir; demokratik qüvvələrin koalisiyasında etibarlı bir partnyor sayıla bilməz. Əli İnsanov nepotizm yanaşmalarından əl çəkdiyini sübut etməlidir.
Hal-hazırda həm hökumət, həm də müxalifət Əli İnsanovdan öz maraqları üçün istifadə etməyə çalışacaq. Əli İnsanovun indiki konyekturada Milli Şura, xalq hərəkatl kimi qurumlara bütövləşmə və onun parçası olma ehtimalı azdır”.
Vəkil Osman Kazımov isə Əli İnsanovu azadlıqda olması münasibətilə təbrik edib: "Əli müəllim yeganə şəxsdir ki, müxalifət liderlərindən onlara qarşı yol verdiyi haqsızlığa görə üzr istəmişdi və türk olması ilə fəxr etdiyini bildirmişdi”.
Jurnalist Elnur Məhərrəmli isə bildirib ki, Ə. İnsanovun hələ həbsxananın qapısından aralanmamış belə sərt danışacağı bir qədər gözlənilməz olub: "Bu o deməkdir ki, hakimiyyət sabiq nazirlə hər hansı razılıq əldə etməyə nail olmayıb. Belə olduqda Əli İnsanova münasibətdə bundan sonra hansı siyasətin həyata keçiriləcəyi çox maraq doğurur. Bu adam siyasətə yeni bir rəng qatacaq...”.
Siyasi mühacir Laçın Məmişov bildirib ki, Ə. İnsanov ilk müsahibəsini və müxalifətə mesajını verdi: "Yəni deyir ki, siz mənə qoşulacaqsınız, mən sizə yox...”.
ADP mətbuat xidmətinin keçmiş rəhbəri Şahin Nəcəfov isə məsələni fərqli şərh edib: "Sözün həqiqi mənasında Əli İnsanov özünü ağır cayıl kimi apardı. Heç "vor-zakon” da onun kimi "prinsipial qaydalarla” yatmayıb. Yatdığı müddətdə bir dəfə ailəvi görüşdən istifadə etməyib. Ailə üzvünün heç birinə həbsxanaya gəlməsinə icazə verməyib, nə də heç vaxt qızına -yoldaşına zəng etməyib. Ümumi barakda yatıb , şəxsi otaqdan istifadə etməyib. Barakında qalan dustaqların kiminsə tərəfindən incidilməsinə imkan verməyib. Rəisin kabinetinin qapısını tanımayib. Bir sözlə dediyin cayıl...”/yenisabah
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var
İstanbulda gecə 3 maşına od vurulub
Daha çox şikayət edilən sığorta şirkətləri: "Xalq Sığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta"... - SİYAHI
İsrail Livanı bombaladı - Daha on nəfər həlak olub
Rezidenturaya qəbul imtahanı keçiriləcək - Bu tarixdə
Laçında əkinə yararlı torpaqlar icarəyə verilir
Azərbaycan nefti 12.69 dollar ucuzlaşdı - Neftimiz 90 dollara düşdü