08-03-2019 [20:12]
"Məhkəmə-hüquq sistemində nümayəndəlik institutunun ləğv edilməsi yanlışlıqdır və bu institut islahatlar nəticəsində yenidən bərpa olunmalıdır”.
Bunu millət vəkili Fazil Mustafa deyib. Onun sözlərinə görə, nümayəndəlik institutunun ləğvi müəyyən qrupların vəkilə təzyiq göstərməsinə şərait yaradır.
"Çünki bəzi maraqlı qruplar nümayəndəlik institutuna təzyiq edə bilmədiyindən bunu sıradan çıxartdılar. Amma vəkilə təzyiq imkanları var. Bununla da vəkilin məhkəmə prosesinə daha ciddi formada müdaxiləsini aradan qaldırmış oldular. Ona görə ki, vəkil hər hansı bir prosesə ciddi müdaxilə edərsə, şikayət əsasında onun vəkillik fəaliyyətinə xitam verilə bilər. Ancaq nümayəndələrə bunu tətbiq etmək mümkün deyildi” – deyə F. Mustafa qeyd edib.
Millət vəkili əlavə edib ki, bununla da müəyyən qurumlar nümayəndəlik institutunu ləğv etməklə özləri üçün arxayın bir məhkəmə sistemi yaratmış oldular."O baxımdan da bu problemin aradan qaldırılmasına və nümayəndəlik institutunun yenidən bərpa edilməsinə ehtiyac var. Biz ancaq bu yolla məhkəmə müdafiə imkanlarını genişləndirə bilərik. Ona görə də məhkəmə-hüquq sistemində ciddi islahatlara ehtiyac var”, – deyə deputat bildirib.
O, əlavə edib ki, məhkəmə-hüquq sistemində həyata keçiriləcək islahatların məqsədi nəticədə insanların narazı qalmamasıdır. "Çünki bu sahədə ciddi problemlər var. Mən ehtiyat edirəm ki, ölkə başçısının həyata keçirdiyi bu islahatlara məmurlar tərəfindən maneçilik yaradılsın. Bu isə islahatların həyata keçməsinə ciddi zərbə vura bilər. Onsuz da bu gün ölkə başçısı tərəfindən həyata keçirilən islahatlara bəzi məmurlar tərəfindən maneçilik yaradılır.Məsələn prezident deyir ki, sahibkarları yoxlamayın, onlara şərait yaradın. Biz bunun əksinin şahidi oluruq.Əgər sahibkarlarla açıq bir görüş keçirilərsə, o zaman onlara yaradılan nə qədər ciddi süni maneçiliklərin ortaya çıxdığının şahidi olarıq”, – deyə F.Mustafa deyib.
Deputat əlavə edib ki, sahibkarların fəaliyyətinə ciddi maneçilik yaradıldığından ölkəyə investisiya qoymurlar. "Təsəvvür edin Rusiyada yüzlərlə azərbaycanlı iş adamı var ki, Azərbaycana sərmayə qoymaq istəsə də, bundan qorxur. Odur ki, qorxunu aradan qaldırmaq lazımdır. Qorxu aradan qalxarsa, müstəqil məhkəmə institutu yaradılarsa, o zaman ölkədə digər problemlər də həllini tapacaq. Ölkədəki ən ciddi problemlərin kökündə məhz müstəqil məhkəmə sisteminin olmamasıdır”, – deyə deputat bildirib.
Millət vəkili hesab edir ki, məhkəmə-hüquq sistemində islahatlar həyata keçirilərkən ilk növbədə kadr məsələsinə ciddi fikir vermək lazımdır. "Bu gün məhkəmə sisteminə rəhbərlik edənlər cəmiyyət qarşısına çıxıb bir kəlmə danışa bilməyənlərdir. Uzun illərdir, məhkəmə sisteminin başında oturanlar islahatlar bir yana, qanunla nəzərdə tutulan funksiyaları yerinə yetirə bilmirlər. Onlar ölkə başçısının Cinayət Məcəlləsinin humanistləşdirilməsi ilə bağlı verdiyi qərarları icra edə bilmirlər. Bu gün məhkəmələrdə mühakimə olunanlara alternativ cəza nəzərdə tutulsa da, bu istiqamətdə addımlar atılmır. Veriləcək qərarların da qiymətləri var. Ona görə də islahatlar nəticəsində məhkəmələr korrupsiyadan xilas olmalıdır. Müstəqil, azad məhkəmə sistemi formalaşdırılmalıdır ki, onlar ədalətli qərarlar verə bilsinlər. Bu olmayacağı təqdirdə iş adamı da ölkəyə sərmayə yatırmayacaq. Əgər sahibkar görsə ki, onun arxasında hansısa himayədar yox, dövlət dayanıb, ölkə iqtisadiyyatına sərmayə yatıracaq. Müstəqil məhkəmə sistemi olmadığından iş adamı məcburiyət qarşısında kiminsə himayəsi altında fəaliyyət göstərir və gəlirinin də 50 faizini ona verir”.
İş adamınının hərəsi 100-200 iş yeri açarsa, o zaman işsizlik problemi də aradan qalxmış olar”, – deyə F.Mustafa bildirib.
Ölkə başçısının şəhərsalma sahəsində islahatlar həyata keçirilməsi ilə bağlı anonsunu şərh edərək deyib ki, bu sahədəki problemlər, qanunsuzluqlar aradan qaldırılmalıdır: "Əslində bu gün biz də şəhərsalma problemi yoxdur. Bizdə şəhərin yüngülləşdirilməsi problemi mövcuddur. İş təkcə bina tikməkdən ibarət deyil, əsas məsələ infrastrukturun yaradılmasıdır. Burada digər əsas məqamlardan biri də regionların inkişaf etdirilməsi və Bakının yükdən azad edilməsidir. Regionlar inkişaf etmədiyindən hamı Bakıya yığışıb. Regionları inkişaf etdirməklə Bakını boşaltmaq lazımdır” – deyə deputat bildirib.
Ölkə.az
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var
İstanbulda gecə 3 maşına od vurulub
Daha çox şikayət edilən sığorta şirkətləri: "Xalq Sığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta"... - SİYAHI
İsrail Livanı bombaladı - Daha on nəfər həlak olub
Rezidenturaya qəbul imtahanı keçiriləcək - Bu tarixdə