Keçmiş partiya sədri deputat olmaq istəyir: "Hazırda şəraiti öyrənirəm”

img

24-06-2024 [12:07]


"Parlament seçkilərində iştirakımla bağlı düşünürəm, hələ qəti qərarım yoxdur. Hazırda şəraiti öyrənirəm”.

Mia.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib.

O, seçkidə iştirakı ilə bağlı qəti qərar verdiyində namizədliyini hansı dairədən irəli sürəcəyini müəyyənləşdirəcəyini açıqlayıb: "Seçkiyə bölgələrdən qatılacam. Əvvəlki seçki dairəmin nömrəsi dəyşib. Amma öz dairəmdən getmək istəyərdim”.

Qeyd edək ki, Q.Əlibəyli ləğv olunan Aydınlar Partiyasının sədri olub. O, bir neçə ay əvvəl partiyanı buraxıb.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR