25-02-2019 [15:21]
Bu gün prezident İlham Əliyev sosial iqtisadi məsələlərlə bağlı keçirdiyi müşavirədə problemli kreditlər məsələsinə toxunub.
Ölkə başçısı çıxışında deyib ki, bir neçə ay ərzində aparılan çox ciddi müzakirələr artıq nəticəyə gəlməyə şərait yaradır: "Biz bu təhlilin son mərhələsindəyik. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini göstərəcək və çox ciddi nümunə göstərəcək. Çünki biz bilirik ki, buna oxşar addımların atılması ilə bağlı bəzi ölkələrdə müvafiq qərarlar qəbul edilmişdir, ancaq onlar icra edilməyib”.
İqtisadçı ekspert Vüqar Bayramov məsələni şərh edib. O qeyd edib ki, bu gün keçirilən müşavirədə Azərbaycan Prezidenti vətəndaşları narahat edən məsələlərdən birinin problemli kreditlərlə bağlı olduğunu bildirib: "Problemin həlli ilə bağlı dövlət başçısı tərəfindən artıq göstəriş verilib. Xatırlatmaq istərdim ki, 2015-ci ildən İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən problemli kreditlərin həlli ilə bağlı üçtərəfli mexanizm təklif edir. Əvvəla, bu mexanizmin özəlliyi ondan ibarətdir ki, burada fərqin tərəflər arasında bölüşdürülməsi nəzərdə tutulub. Üçtərəfli mexanizmin mahiyyəti ondan ibarətdir ki, fərq üç tərəf arasında -müştəri, bank və dövlət arasında bölüşdürülsün. Əgər kredit 0,78 manat məzənnəsi ilə götürülübsə, o zaman 10 min dollar 7800 manat idisə, indi 10 min dollarlıq kreditin əsas hissəsi 17 min manatdır. Bunun üstünlüyü ondan ibarətdir ki, hər bir tərəf fərqin üçdə-birini üzərinə götürür. Digər tərəflər də üçdə ikisini üzərinə götürdüyünə görə heç bir tərəfə ağırlıq düşmür. Dövlət daha az vəsait ayırmaqla və ciddi maliyyə yükü olmadan problemi həll edə bilir. Banklar gəlir əldə ediblər, güzəşt etmək imkanına malikdirlər və üçdə biri üzərinə götürə bilirlər. Bu halda vətəndaş dollar kreditini 1.70 məzənnəsi ilə deyil 1.06 məzənnəsi ilə ödəyəcək və eləcə də faizlərdə güzəşt təklif edilir. İndiki halda bizim təklif etdiyimiz güzəşt mexanizminin qəbul edilib tətbiq olunmasını daha məqbul hesab edirik”.
Problemli kreditlər məsələsi ilə bağlı iqtisadçı ekspert Samir Əliyev də "Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, problemli kredit məsələsini devalvasiyadan dərhal sonra ekspertlər qaldırdılar və bildirdilər ki, kompensasiya həll olunmalıdır: "2016- cı ildə hökumətdə bununla bağlı müzakirələr də gedirdi. Amma sonradan təxirə düşdü. Problemli kredit məsələsininin vaxtında həll edilməməsinin sosial fəsadlarını gördük. Müştərilər borcu qaytarmaqda çətinlik çəkdi və bunlar şişdi. Eləsi oldu ki, əlindəki əmlakı satıb onu ödədi. Banklar bağlandı. Bəzi banklar hələ də "reanimasiya”dadır. Kredit probleminin təsirindən çıxa bilməyiblər. Eyni zamanda, banklar iqtisadiyyatının kreditləşdirilməsi siyasətini məhdudlaşdırdılar. Təsadüfi deyil ki, son dövrlərdə müəyyən artım qeydə alınıb. Dövlət sığortalanmış əmanətlərin timsalında xeyli xərcə düşdü. Hər bir halda bunun zərəri oldu.
S.Əliyev vurğulayıb ki, bu dövr ərzində banklar tərəfindən müştərilərə müəyyən güzəştlər edilib: "Bəziləri kreditləri restrukturizasiya etdi. Bəziləri kreditin müddətini uzatdı, bəziləri də illik faiz dərəcəsini aşağı saldı. Dolların məzənnəsini 1.40-dan da götürən oldu. Yəni, banklar tərəfindən də müəyyən güzəştlər oldu.
Bu gün 1,6 milyard problemli kredit var. Onun 800 milyondan çoxu xarici valyutanın hesabına düşür. Ona görə də, kompensasiya xarici valyutada olan kreditlərə verilməlidir. Çünki devalvasiya nəticəsində onlar zərər alıblar.
Bəzi banklar dollar kreditini manata çevirdilər. Ancaq fakt odur ki, həmin müştərilər də devalvasiyadan zərər görüblər. Yeni qərarda bu məsələnin nəzərə alınıb alınmayacağını bilmirəm.
Digər məsələ də devalvasiya tarixləri ilə bağlıdır. Çünki ilk devalvasiya fevralın 21-də oldu və manatın məzənnəsi 0,78-dən 1.05-ə qalxdı. İkinci devalvasiyada isə 1.55-ə qalxdı. Fevralın 21-nə qədər olan kreditlər 0,78-dən götürülüb. Fevralən 21-dən sonrakı götürülən kreditlər isə 1.05-dən götürülüb. Yəni, bunlara da fərq qoyulmalıdır.
Daha sonra, borcların bağlanması təkcə banklara şamil ediləcək, yoxsa bank olmayan kredit təşkilatlarınamı? Bu vacib məsələdir. Çünki bank olmayan kredit təşkilatları bu prosesdə mütləq iştirak etməlidir. Onlar xüsusilə regionlarda əhali və kiçik sahibkarlarla işləyirlər. Bəzi iri sahibkarlar da irihəcmli kredit götürdülər. Burada ayrı- seçkilik olmamalıdır. Çünki bu məsələdə əhali və kiçik sahibkarlar birinci nəzərə alınmalıdır. Bu həssas məsələdir və mexanizmlərin dəqiq işlənməsi vacib məsələdir”.
Daha 14 itkin-şəhidin adları şəxsiyyəti eyniləşdirilib - Əli Nağıyev adlarının bu gün elan olunacağını açıqladı
Hərbi qulluqçunun ölüm faktı üzrə cinayət işi açılıb
Hikmət Hacıyev: "Beyin mərkəzlərinin nümayəndələri ilə görüş həmişə həm düşündürücü, həm də..." - FOTO
"Nazirlikdə bir neçə qruplaşma var, ən güclüsü..." - Ekspert elə iddialar irəli sürdü ki...
Yusif Mustafayevin oğlu dövlət işindən ayrıldı - Müğənni olacaq
Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət edib (YENİLƏNİB)
Azərbaycan nefti 70 dollara qalxdı
Netanyahu: "Bu, İsrail üçün əla bir gündür"
Xaçmazda 32 yaşlı müəllimə dəm qazından ölüb (Xəbər yenilənib)
Bakıda kibertəhlükəsizlik festivalı keçirilir
TRAMP SÜLHÜN MESAJINI VERDİ: "Çox böyük və tarixi gündür" - İsrail və HƏMAS anlaşdı
Hadrutun işğaldan azad olunmasından 5 il ötür
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Gəncədə məktəbli oğlan qətlə yetirilib (Yenilənib)
Volkan Dəmirəl Super Liqaya geri dönür
Yaponiyada ayı marketə girdi, 2 nəfəri yaraladı
Müdafiə Nazirliyi Naxçıvanda MAXE qəbulu elan edib
Qəzzada hələ də döyüş gedir - Daha 10 nəfər ölüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha 2 vəkilin fəaliyyəti dayandırılıb - 4-nə isə xəbərdarlıq olunub
III MDB Oyunları: Azərbaycan gimnastları 8 medal qazanıb
4 kanala rəsmi xəbərdarlıq verildi, iki kanalın yayımı müvəqqəti dayandırıldı - Şuradan qərarlar
İsrailli nazir "Əl-Əqsa" məscidinə girib: "Dua edəcəyəm"
Paşinyan Belçikaya gedir
Ceyhun Bayramov İspaniya dövlət katibini qəbul edib
Daha yeddi bələdiyyə sədri Ərdoğanın partiyasına qatılıb - Siyahı
Səbinə Əliyeva Ukraynanın İnsan Hüquqları üzrə müvəkkili ilə görüşüb
“Bakcell” lotereyasında “Zeekr 001” üçün geri sayım başladı
Onlayn qumar şəbəkələri ifşa olundu - VİDEO
Kimya üzrə Nobel mükafatı laureatlarının adı açıqlandı
Aparıcı Rövşanə Ağasəfqızı yeni kanalda işə başlayıb
Tolik şikayət etdi - Tiktoker 10 sutkalıq həbs olundu
TDT-yə üzv dövlətlər 2026-cı ildə birlikdə peyk istehsal edəcək
I sinfə elektron qəbul prosesi yenidən aktivləşdirilib
Azərbaycanla Oman arasında Birbaşa İnvestisiya Fondu yaradıldı - Mikayıl Cabbarovdan açıqlama
Xanyurdu kəndinə növbəti köç olub
Prezident İlham Əliyev Xorvatiya parlamentinin sədrini qəbul edib
"Nazirin bu sahəyə aidiyyəti yoxdur, müavinin biri hüquqşünas, digəri qaz üzrə mütəxəssis, o biri politoloq..." - Sərt açıqlamalar
DÇ-2026: millimizin oyununu norveçli hakim idarə edəcək
"Qalatasaray"ın futbolçusuna indidən 4 komanda "elçi düşüb" - 60 milyon avro şərti var
Əli Əsədov daha bir qərar imzalayıb
Sabah hava necə olacaq? - Proqnoz