Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət edib (YENİLƏNİB)
09-10-2025 [09:42]
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət edib.
Mia.az xəbər verir, müraciəti Dövlət Komissiyasının sədri Əli Nağıyev oxuyub.
Müraciətdə deyilir:
"Hörmətli konfrans iştirakçıları!
Sizi itkin düşmüş şəxslər mövzusuna həsr olunmuş beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram.
İtkin düşmüş şəxslər məsələsi dünyanı narahat edən mühüm bəşəri problemlərdən biridir. İllər keçdikcə bu problem aktuallığını itirməmiş, əksinə, daha kəskin xarakter almışdır. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə son iyirmi il ərzində itkin düşənlərin sayında 2024-cü ildə ən yüksək artım qeydə alınmış, həmin il münaqişə bölgələrində 57 minə yaxın insan itkin düşmüşdür. Bu, silahlı münaqişələr dövründə beynəlxalq hüquq normalarına məhəl qoyulmamasının acı nəticəsidir.
Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə başlamış və 30 ildən artıq davam etmiş müharibənin doğurduğu humanitar faciələrdən biri də içərisində uşaqlar, qadınlar və ahılların olduğu 4000-dək azərbaycanlının itkin düşməsidir. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə 29 kütləvi məzarlıq aşkar edilib. Məzarlıqlardan tapılmış meyitlərin qalıqlarının ekspertizası qətlə yetirilmiş azərbaycanlıların dəhşətli işgəncələrə məruz qoyulduqlarını sübut edir. Bu, çox ağır mənzərədir. İnsanların kütləvi şəkildə, işgəncə ilə öldürülməsi, qeyri-insani qaydada basdırılması və cinayətin izlərinin itirilməsi beynəlxalq hüquq normalarının ciddi pozuntusudur.
Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi daim qarşımızda duran önəmli vəzifələrdən olmuşdur. 1993-cü ildən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir. Bu günə qədər müharibə dövründə itkin düşmüş 187 nəfərin şəxsiyyəti eyniləşdirilmiş və onlar dəfn ediliblər.
2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatları Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanması və sülh sazişinin paraflanması böyük tarixi hadisə olmaqla, Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin edilməsi üçün yeni imkanlar yaradır. Sülh sazişinə münaqişə dövründə itkin düşmüş şəxslərlə bağlı xüsusi bir maddənin salınması məsələyə verdiyimiz önəmin təzahürüdür və sazişdə də təsbit olunduğu kimi bu şəxslərin taleyinə aydınlıq gətirilməsi tərəflər arasında barışıq və etimad mühitinin yaradılmasında əhəmiyyətli vasitədir. Bu baxımdan, Ermənistan tərəfi azərbaycanlıların qətlə yetirilərək basdırıldığı digər kütləvi məzarlıqların yeri barədə Azərbaycan tərəfinə məlumat verməlidir.
Azərbaycan dövləti itkin düşmüş şəxslər probleminə beynəlxalq birliyin diqqətinin artırılması üçün böyük səy göstərir. Artıq üçüncü dəfədir ki, ölkəmiz itkin düşmüş şəxslər mövzusuna həsr olunmuş beynəlxalq tədbirə ev sahibliyi edir. Azərbaycan itkin düşmüş şəxslərlə bağlı BMT Baş Assambleyasında qətnamələrin qəbul edilməsi üzrə 2002-ci ildən təşəbbüslərlə çıxış etməklə, dövlətləri və beynəlxalq təşkilatları bu istiqamətdə lazımi tədbirlər görməyə təşviq edir. Zənnimcə, BMT bu sahədə səylərini daha da artırmalıdır.
Əminəm ki, bu konfrans çərçivəsində keçiriləcək müzakirələr itkin düşmüş şəxslər probleminin həlli istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcək.
Bir daha sizi salamlayır və konfransın işinə uğurlar arzulayıram".
***
Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda beynəlxalq konfrans keçirilir.
Mia.az xəbər verir ki, tədbir Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilir.
Konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyevlə yanaş, İtkin Düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın Baş direktoru Katrin Bomberger, Beynəlxalq Humanitar Hüquq İnstitutunun prezidenti Giorgio Battisti, Gürcüstan, Xorvatiya, Türkiyə, Moldova və başqa ölkələrdən nümayəndələr iştirak edirlər.
Partiya sədrindən icra başçısına mesaj: "Onsuz da topladıqların bir nəsil boyunca kifayət edəcək qədər çoxdur”
Ağdərənin Vəngli kəndinə daha 28 ailə köçürüldü
Prezident İlham Əliyev Tacikistanda səfərdədir
Emre Belözoğlu istefa verdi
"Xatirə dedi ki, hamı məni toya səninlə dəvət edir"
Aİ rəsmisi: "Bu, mühüm diplomatik uğur və..."
Kreml sözçüsü: "Bu gün Putin və Əliyev görüşəcək, inanırıq ki..."
Xocavənddə MON-50 tipli mina aşkar edilib - FOTOLAR
DTX rəisi: "İnanırıq ki, Ermənistanla məqsədyönlü təmaslarımız uğurla davam edəcək"
Xankəndidə əməliyyat: qayınata, qayın və kürəkən tutuldu
Daha 14 itkin-şəhidin adları şəxsiyyəti eyniləşdirilib - Əli Nağıyev adlarının bu gün elan olunacağını açıqladı
Hərbi qulluqçunun ölüm faktı üzrə cinayət işi açılıb
Hikmət Hacıyev: "Beyin mərkəzlərinin nümayəndələri ilə görüş həmişə həm düşündürücü, həm də..." - FOTO
"Nazirlikdə bir neçə qruplaşma var, ən güclüsü..." - Ekspert elə iddialar irəli sürdü ki...
Yusif Mustafayevin oğlu dövlət işindən ayrıldı - Müğənni olacaq
Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət edib (YENİLƏNİB)
Azərbaycan nefti 70 dollara qalxdı
Netanyahu: "Bu, İsrail üçün əla bir gündür"
Xaçmazda 32 yaşlı müəllimə dəm qazından ölüb (Xəbər yenilənib)
TRAMP SÜLHÜN MESAJINI VERDİ: "Çox böyük və tarixi gündür" - İsrail və HƏMAS anlaşdı
Hadrutun işğaldan azad olunmasından 5 il ötür
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Gəncədə məktəbli oğlan qətlə yetirilib (Yenilənib)
Volkan Dəmirəl Super Liqaya geri dönür
Yaponiyada ayı marketə girdi, 2 nəfəri yaraladı
Müdafiə Nazirliyi Naxçıvanda MAXE qəbulu elan edib
Qəzzada hələ də döyüş gedir - Daha 10 nəfər ölüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha 2 vəkilin fəaliyyəti dayandırılıb - 4-nə isə xəbərdarlıq olunub
III MDB Oyunları: Azərbaycan gimnastları 8 medal qazanıb
4 kanala rəsmi xəbərdarlıq verildi, iki kanalın yayımı müvəqqəti dayandırıldı - Şuradan qərarlar
İsrailli nazir "Əl-Əqsa" məscidinə girib: "Dua edəcəyəm"
Paşinyan Belçikaya gedir
Ceyhun Bayramov İspaniya dövlət katibini qəbul edib
Daha yeddi bələdiyyə sədri Ərdoğanın partiyasına qatılıb - Siyahı
Səbinə Əliyeva Ukraynanın İnsan Hüquqları üzrə müvəkkili ilə görüşüb
“Bakcell” lotereyasında “Zeekr 001” üçün geri sayım başladı
Onlayn qumar şəbəkələri ifşa olundu - VİDEO
Kimya üzrə Nobel mükafatı laureatlarının adı açıqlandı
Aparıcı Rövşanə Ağasəfqızı yeni kanalda işə başlayıb