"9 min nəfərin pensiyası 2 dəfə, 26 minin isə 30 faiz artacaq" - Deputat

img

19-02-2019 [13:01]


 "Azərbaycanda pensiyanın minimum həcmi 116 manat idi. Hətta 80 manatdan da aşağı müavinət alan insanlar var idi. "Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər 233 min nəfərin pensiyasında hiss olunacaq dəyişikliyə gətirib çıxaracaq”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Onun sözlərinə görə, 9 min insanın pensiyası 2 dəfə, 26 min nəfərin pensiyası 30 faiz artacaq: "Bütövlükdə isə böyük bir qrup pensiyaçıların pensiyası 38.5 faiz civarında artır. Bunun üçün bu li 41 milyon vəsait nəzərdə tutulub. Belə addımlar mütəmadi atılacaq. Deputatlar görüşlər keçirərkən bu rəqəmlərdən istifadə etməlidirlər”.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA