OPEC+ ölkələri fevralda neft hasilatının azaldılmasını sürətləndirəcək

img

18-02-2019 [19:03]


 OPEC+ sazişi üzrə neft hasilatının azaldılması üzrə icraat fevral ayında yaxşılaşacaq, ilin birinci rübündə isə bu göstərici 100%-ə çatmalıdır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin energetika naziri Süheyl əl-Məzrui bildirib.

"Yanvar ayında saziş üzrə öhdəliklərin icrası yaxşı idi. Fevralda nəticələr yaxşılaşacaq. 100% saziş icrasına çatmayanlar da buna nail olacaqlar. Dəqiq deyə bilərəm ki, birinci rübdə tam nəticə əldə edəcəyik", - o deyib.

O həmçinin əlavə edib ki, mart ayında Bakıda keçiriləcək Nazirlər Monitorinq Komitəsinin gündəliyi hələ müzakirə olunur və orada sazişin müddətinin ilin sonuna qədər uzadılmasının müzakirə olunub-olunmyacağı aydın deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA