Elmar Məmmədyarov ukraynalı həmkarı görüşdü - Müzakirə

img

15-02-2019 [18:52]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ukraynalı həmkarı Pavlo Klimkin ilə görüşüb.

XİN-dən Mia.az-a verilən məlumata görə, görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub. 

Görüşdə həmçinin energetika naziri Pərviz Şahbazov da iştirak edib.

Tərəflər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin cari vəziyyətindən və inkişafından məmnunluqlarını ifadə ediblər.

Nazirlər həmçinin Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm infrastruktur layihələri haqqında fikir mübadiləsi aparıblar. Bu xüsusda, Azərbaycanın enerji daşıyıcılarının Ukraynaya nəqli imkanları müzakirə edilib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA