Azərbaycanda 360 adda mal və xidmət bahalaşıb - RƏSMİ

img

15-02-2019 [11:06]


2018-ci ildə Azərbaycanda orta illik baza inflyasiya 1,8% təşkil edib, halbuki 2017-ci ildə bu göstərici 13,2% idi.

Mia.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ötən il orta illik inflyasiya 2,3% olub.

Ərzaq malları üzrə 1,7%, qeyri-ərzaq malları üzrə 2,6%, xidmətlər üzrə 2,7% inflyasiya qeydə alınıb.

2018-ci ildə inflyasiyanın hesablanması üçün istifadə olunan 521 adda mal və xidmətdən 121-nin qiyməti azalıb, 40-nın qiyməti isə dəyişməz qalıb. Beləliklə, 360 adda mal və xidmət növünün qiymətlərində artım müşahidə olunub.



Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA