07-12-2018 [12:34]
"Bu gün Azərbaycan tarixində mühüm günlərdən biridir. Dekabrın 7-də Parlamentin fəaliyyətə başlamasından 100 il ötür. Hörmətli sədr, sizin rəhbərliyiniz ilə Parlamentin 100 illiyi möhtəşəm şəkildə qeyd edildi, hələ də bu tədbirlər davam etməkdədir”.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bu gün keçirilən iclasında deyib.
Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulinin İrəvanda "Lazerev klub”unun iclasında Azərbaycana qarşı səsləndirdiyi fikirlərə münasibətini bildirən komitə sədri söyləyib ki, Azərbaycanla Rusiya arasında münasibətlər bütün sahələr üzrə inkişaf etməkdədir:
"Son zamanlar Rusiyanın elitasının üzvləri, siyasətçilər, diplomatlar, hərbi ekspertləri Azərbaycanda olub və Dağlıq Qarabağın Azərbaycanın tarixi torpaqları olduğu haqqında fikirlər söyləyiblər. Lakin Zatulinin addımı Rusiyanın rəsmi dairələrinə uğursuz cavab cəhdidir”.
Ə. Hüseynli qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək mümkün deyil:
"Zatulinin bu addımı Ermənistanla Rusiya arasında soyuq münasibətlərə neqativ ruh verməkdən başqa bir şey deyil”.
"Lazerev klubu”nda siyasi korrupsiyaya qoşulmuş ekspertlərin təmsil olunduğunu deyən deputat söyləyib ki, İrəvanada keçirilən iclas Rusiyanın rəsmi mövqeyi deyil:
"Amma rəsmi Bakı bununla bağlı fikirlərini bildirir və bu addıma qarşı öz narazılığını ifadə edir. Uzun illərdir ki, Zatulin erməni lobbiçiliyə ilə məşğul olur. O sıravı deputat olsa idi, bizi narahat etməzdir. Lakin Dumada təmsilçiliyini nəzərə alsaq, belə halların baş verməsi qəbuledilməzdir. Hazırda hər iki ölkənin siyasətlərinə uyğun olaraq parlament münasibətləri yüksələn xətlə inkişaf edir. Bu baxımdan Rusiya Dövlət Dumasına müraciət göndərilməlidir. Bu, belə davam edə bilməz”.
Azercell ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır - FOTOLAR
Zelenski və mühafizə xidmətinə sui-qəsd cəhdi: iki polkovnik tutulub
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə daha bir dəyişikliyi təsdiqlədi - Cəzalar artırıldı
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib - FOTOLAR
Slovakiyanın Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
“Electro-İndustries” QSC-nin elektrik vuran işçisi ölüb
3600 manata “Nissan Sunny”, 11 minə “Volkswagen Passat”... - Bakıda 20 maşın hərracda satılıb
Gəncədə daha br əməliyyat: vəzifəli şəxslərə cinayət işi açıldı
Şanlıurfada terror əməliyyatı: 17 nəfər saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib - FOTO
“Badamdar Estates”in baş mühasibinə cinayət işi açılıb
Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Prezident İlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşüb - Birgə bəyanat + FOTOLAR (Yenilənib)
Emin Əmrullayevin qardaşına sərt ittiham var: "Dedi, al bu 100 mini, get və..." - Qalmaqallı məhkəmə işi (VİDEO)
Sabiq Baş nazir prorektor vəzifəsindən azad olunub
Neftçalada molla narkotik satarkən saxlanıldı - Yenilənib
MƏKTƏBDƏ 250 MİN MANATLIQ MƏNİMSƏMƏ: cinayət işi açıldı
Əli Əsədov Kahramanmaraşda: Baş nazir “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub
Bakıda oteldə müəmmalı olay: iki nəfər ölüb, ağır vəziyyətdə olanlar var (YENİLƏNİB)
"Fənərbağça"nın kapitanı: "Artıq çempionluq mümkün deyil"
Çempionlar Liqası: PSJ yoxsa "Dortmund"? - Bu gecə "döyüş" olacaq
Ərdoğan Küveyt əmirini hava limanında qarşılayıb - FOTOLAR
Nəsimi rayonunda tədbir keçirilib - FOTOLAR
Sabah leysan yağacaq - Xəbərdarlıq
Bu qanunu pozanlar cərimələnəcək - 12 min manatadək
MHP sədri: "Əllərində ülkücü qanı olanların feriştahı gəlsə, bizdə yapraq belə qımıldamaz"
İsrail əsgərləri daha 22 nəfəri həbs edib
Türkiyə ordusu daha 4 terrorçunu zərərsizləşdirib - Suriyada
Saatlının yeni DYP rəisi kimdir? - Təyinat
Ədliyyə işçiləri ilə bağlı yeni qərar verildi
Növbədənkənar seçki: proporsional sistem, referendum, deputat sayı... - YAP-çı deputatdan maraqlı MÜSAHİBƏ
Əfv Məsələləri Komissiyası bu tarixdə toplanır
Aleks de Souza Türkiyəyə dönür - Bu dəfə baş məşqçi kimi
PUTİN ƏMR VERDİ: Rusiya nüvə qoşunlarını ayağa qaldırıb - Qərbin mümkün hücumuna hazırlıq başlayıb
"Yelo Bank" keçmiş vəzifəli şəxsləri məhkəməyə üz tutub
DEPUTATLAR TOPLANIB: hansı qanunlar dəyişir? - SİYAHI
Tərtərdə məktəblilər arasında dava: ölən var