ABŞ-dan Rusiyanın nüvə təlimlərinə reaksiya: "Bu, məsuliyyətsiz addımdır"

img

07-05-2024 [11:29]


ABŞ Rusiyanın Ukrayna sərhədində nüvə təlimlərinə başlaması barədə qısa bəyanat verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü general Pat Rayder açıqlama verib.

O, Rusiyanın Ukrayna sərhədi yaxınlığında və digər bvölgələrdə nüvə qoşunlarını hərəkətə gətirməsi  “məsuliyyətsiz addım"dır: "Bu, Rusiyadan keçmişdə eşitdiyimiz məsuliyyətsiz ritorikanın daha bir nümunəsidir. Mövcud təhlükəsizlik vəziyyəti nəzərə alınmaqla bu, tamamilə yersizdir".

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Fransa, İngiltərə və ABŞ-ın “təxribat və təhdidləri"nə cavab olaraq strateji nüvə silahlarının döyüşə hazırladılması məqsədiylə təlim haqda əmr verib.

Firudin  Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR