Növbədənkənar seçki: proporsional sistem, referendum, deputat sayı... - YAP-çı deputatdan maraqlı MÜSAHİBƏ
07-05-2024 [12:09]
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu il parlament seçkilərinin keçiriləcəyinin anonsunu verdi. Ötən həftə M.Pənahov MSK-nın iclasında deyib ki, qanunvericiliyə əsasən, bu ilin noyabrında parlament seçkiləri olmalıdır.
“Ancaq seçkilərin müddəti önə də çəkilə bilər. Parlament seçkilərini nəzərə alaraq, seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə bağlı müəyyən işlərə artıq başlanılmalıdır”, - deyə Pənahov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda keçiriləcək mötəbər tədbir olan COP29-la parlament seçkilərinin vaxtı eyni zaman kəsiyinə təsadüf etdiyi üçün seçkilərin önə çəkilməsi barədə qərar verilə bilər".
Qeyd edək ki, bu ilin noyabrında Azərbaycan COP29-a ev sahibliyi edəcək. Konfrans Bakı Olimpiya Stadionunda baş tutacaq.
Əgər seçkilər önə çəkiləcəksə, bu, növbədənkənar seçki sayılacaq. Artıq ölkədəki siyasi partiyalar, ictimai-siyasi şəxslər seçkilərə hazırlaşdırlarını bəyan etməkdədirlər. Ölkə gündəminin əsas müzakirə mövzularından biri məhz parlament seçkiləridir. Bununla bağlı suallar da çoxdur.
Mia.az-ın məlumatına görə, mövzu ətrafında AYNA-nın suallarını cavablandıran Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputatı Hikmət Məmmədov deyib ki, bu müzakirələr cəmiyyətdə də, ictimaiyyət arasında da gedirdi:
- Məsələnin hüquqi tərəfi də ictimai rəyi dəstəkləyir. Çünki ictimai rəydə seçkilərin keçirilməsi zərurəti barədə yekdil fikir formalaşıb. Yeni seçkilərin keçirilməsi proqnozları bir tərəfdən yeni reallıqlarla, payızda Bakıda keçiriləcək COP29 beynəlxalq tədbiri ilə əlaqələndirilir. Digər tərəfdən, hüquqi tələb mövcuddur. Nəhayət, MSK sədrinin açıqlaması ilə ictimai rəyin proqnozları yəqinləşdi. Hörmətli Məzahir Pənahovun dedikləri bir növ növbədənkənar seçkilərin rəsmi anonsu idi. Düşünürəm ki, növbədənkənar seçki ovqatına köklənə bilərik.
- Növbədənkənar seçki zərurəti nədən qaynaqlanır?
- Yeni reallıqlar yaranıb. Milli Məclis üç hakimiyyət qolundan biridir və çox mühüm fəaliyyətlə məşğuldur. Yeni reallıqda yeni qanunlar qəbul olunmalıdır, bir çox qanunlarda dəyişikliklərə ehtiyac var. Əksər vaxtda qanunlarda dəyişikliklər intensiv aparılır. Bu, həm Azərbaycanda aparılan islahatlarla bağlıdır, həm də vətəndaşlara daha çox azadlıq və rifah verilməsi ilə bağlıdır. Məsələn, Vətən müharibəsindən sonra qanunlar qəbul edildi, mövcud qanunlarda dəyişikliklər edildi. Azərbaycan ərazi bütövlüyünü tam təmin edib, ölkədə və bölgədə yeni dönəm başlayır. Yeni reallıqlar şəraitinə görə, yeni dövr üçün yeni parlamentin formalaşmasına ehtiyac görünür.
- Belə fikirlər var ki, Konstitusiya islahatlarına da ehtiyac var və referendum keçirilməlidir...
- Əlbəttə, bu fikirlə razıyam. Azərbaycan Konstitusiyası ilk dəfə 1995-ci ildə qəbul edib. Amma bundan sonra Konstitusiyaya dəyişikliklə bağlı ümumxalq referendumu keçirilib. Hesab edirəm ki, bu məsələylə bağlı iki sual var: Konstitusiyada boşluqlar var, ona görə islahatlar vacibdir, yoxsa dəyişən şərtlər, yeni dövrün dinamikası bunu zəruri edir? Bəli, tənqidi baxsaq, deyə bilərik ki, boşluq var. Amma daha pozitiv yanaşsaq, görərik ki, zərurət var. Çünki 1995-ci ildə, ondan sonrakı dövrlərdə referendum keçirilərkən, 2020-ci il və ondan sonrakı dövr, yeni reallıqlar nəzərə alınmamışdı. Lakin dediyim kimi, indi yeni reallıq var, ərazi bütövlüyümüz təmin olunub, yeni şərtlər mövcuddur. Bütün hallarda isə referendumun keçirilməsi ilə bağlı qərar qəbul edən cənab Prezidentdir. Konstitusiyaya görə bu qərarı vermək Prezidentin səlahiyyətinə aid məsələdir. Düşünürəm ki, Konstitusiya referendumu zərurətini, bunun nə vaxt keçirilməli olduğunu da ən yaxşı bilən cənab Prezidentdir.
Mənim mövqeyimə gəlincə, hesab edirəm ki, ciddi reallıqlar, yeni şərtlər yaranıb. Prinsipcə, prezidentimiz də bunun vaxtaşırı anonslarını verir. Məsələn, son çıxışlarından birində cənab İlham Əliyev bildirdi ki, Prezidentin xüsusi nümayəndəsi institutu sistemi gələcəkdə bütün ölkə ərazisində də tətbiq oluna bilər. Eyni zamanda, məlumdur ki, Cənubi Qafqazda yeni reallıqlar yaranıb, ölkənin xarici siyasətində yeni şərtlər mövcuddur. İdarəetmə yeni, optimal şəkildə həyata keçirilməyi tələb edir. Bu baxımdan, islahatlara ehtiyac olduğunu düşünürəm.
- Seçkilərdən danışarkən gündəmə gətirilən əsas məsələ proporsional seçki sisteminin bərpası məsələsidir. Bunun üçün də Konstitusiyada dəyişiklik lazımdır. Ona görə referendum parlament seçkilərini qabaqlaya bilərmi?
- Azərbaycanda proporsional seçki təcrübəsi mövcuddur. 1995-ci ildə keçirilən parlament seçkilərinda 25 deputat proporsional sistem əsasında seçildi. Bundan sonra Konstitusiya islahatları oldu və artıq 125 deputatın hamısı mojaritar qaydada seçilir. Bəli, ictimaiyyətdə bu müzakirə olunur, parlamentin fəaliyyətinin gücləndirilməsi üçün proporsional sistemin bərpasına ehtiyac olduğu deyilir. Məncə, belə olan halda Milli Məclisdə fikir çoxluğu ola bilər, daha təkmil qanunlar qəbul oluna bilər. Eyni zamanda, Milli Məclis üzvlərinin sayının artırılması məsələsidir ki, bu da gündəmin aktual mövzusudur.
Düşünmürəm ki, referendum parlament seçkilərindən qabaq keçirilsin. Artıq MSK sədri parlament seçkilərinin anonsunu verdi və düşünürəm ki, bu seçki də növbədənkənar keçiriləcək. Çünki Konstitusiyada parlament seçkilərinin keçirilməsi noyabr ayının birinci bazar günü üçün nəzərdə tutulub. Nəzərə almaq lazımdır ki, bu il noyabrın birinci bazarı ayın üçünə düşür. Həmin vaxt isə Azərbaycanda COP29 beynəlxalq iqlim konfransı keçiriləcək. Bu, böyük tədbirdir, məlumata görə, 70-80 min qonaq gələcək. Bu mənada, seçkilərin vaxtı bəri çəkilə bilər. Bu halda isə referendum bir az çətin görünür. Konstitusiyaya dəyişiklik ictimai müzakirə edilməlidir, bunun üçün də zaman lazımdır. Düzdür, hələ bu müzakirələr üçün vaxt var, amma bir qədər sonra bu vaxt olmayacaq. Bütün hallarda, Prezidentin qərarı vacibdir.
- Deputatların sayının artırılması zərurətindən də danışılır...
- Deputatların sayının artırılması fikrinə də haqq qazandırmaq olar. 1995-ci ildə Azərbaycanın əhalisinin sayı təxminən 7 milyon idi, bu gün 10 milyondur. Bu günlərdə Monteneqroya səfər etmişdik. Bu ölkənin 600 mindən bir qədər çox əhalisi var, amma parlamentinin üzvlərinins ayı 80-dir. Bunu müqayisə etdikdə görürük ki, deputat sayının artmasına da ehtiyac var. Amma bunların hamısı referendumla müəyyənləşdirilməlidir. Referendumla Konstitusiyada dəyişiklik edilməli, orada göstərilməlidir ki, seçki sistemi təkcə mojaritar yox, qarışıq olsun. Eyni zamanda, deputat sayı ilə bağlı 125 rəqəmi dəyişdirilməlidir.
İLHAM ƏLİYEVLƏ RƏİSİ SƏRHƏDDƏ BİR ARAYA GƏLDİ: "Heç kim bizim aramıza girə bilməz" - Hidroqovşaqların açılışı oldu (FOTOLAR) -Yenilənir
Latviya Parlamentinin sədri Azərbaycanda belə qarşılandı - FOTOLAR
DİN-dən xaricə oxumağa getmək istəyənlər xəbərdarlıq: "Mütləq..."
Zakir Həsənov daha bir idarə rəisini vəzifədən azad edib
Müsavat Partiyasının Qadınlar Təşkilatının sədri istefa verdi - Gülağa Aslanlı isə "Xəbərimiz yoxdur" deyir
Mehdi niyə həbsi seçdi?
Hikmət Hacıyev: "ABŞ Sülh İnstitutuna təşəkkür edirik”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ukrayna boksunun azərbaycanlı ulduzu: Camal Quliyev 5 qat ölkə çempionu oldu - VİDEO
İsa Qəmbərin 6 müavini bəlli oldu - Arif Hacılı Məclisin sədri, 13 nəfər isə Divan üzvü seçildi (SİYAHI)
Prezident və birinci xanım Zəngilan və Cəbrayılda - “Ağalı” hotelinin açılışı oldu, yeni kənd və qəsəbələrin təməli qoyuldu (Yenilənib)
Nəsimi rayonunda narkomaniya ilə mübarizə mövzusunda növbəti maarifləndirici tədbir keçirilib - FOTOLAR
GENERAL KOMANDAN OLDU - MN-də yeni təyinat (FOTO)
Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam edir - FOTOLAR
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanılıb
Dövlət Agentliyində israfçılıq: iki mərtəbəli binanın təmirinə 607 min manat xərclənəcək
YAP funksionerindən 25 partiya lideri ilə görüş haqda açıqlama: "Onlar dialoqun fəal iştirakçılarıdır"
İlham Əliyevlə Lukaşenko Füzuli və Şuşada: yeni işlərlə tanış olublar - FOTOLAR (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsrailin daha bir hərbçisi həlak olub
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb: "Ceyk Sallivan ilə çox məzmunlu görüş baş tutdu və..."
Putin Çinə yolüstü mühüm mesajlar verdi: "Ukrayna ilə arada təhlükəsiz zonası yaradacağıq" - "ABŞ axmaqdır"
Belarus Prezidentinin Azərbaycana səfəri başa çatıb - FOTOLAR
Vaqif Səmədoğlu 85 illik yubileyinə həsr edilmiş müsabiqə: finalçılar bəlli olub - SİYAHI
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak etdi - FOTOLAR
Aparıcı Samirə Mustafayeva AzTV-dən ayrılıb - Açıqlama
SƏNƏDSİZ EVLƏRƏ "KUPÇA" VERİLƏCƏK - Detallar
Təşkilat sədri saxlanılıb - Xalası oğlunun şikayəti əsasında
Buraxılış imtahanının nəticələri açıqlandı - 16 nəfər maksimal bal toplayıb (SİYAHI)
Sergen Yalçın "Beşiktaş"a 3 şərt qoydu: "9 oyunçu getməli və..."
Müsavat fəalı Mehdi Xəlilbəyli Bakıda həbs olunub: "İstintaqa könüllü təslim olub, məhkəmədə də deyib ki..."
SOCAR-ın sabiq vitse-prezidentini və oğlunu ittiham edən qadın saxlanılıb? - Vəkli danışdı (Yenilənib)
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
Fransa Yeni Kaledoniyadakı hava limanının qarşısına ordu yeridib - Uşuşlar ləğv olunub
Pakistanda qızlar məktəbinə bomba atılıb
DEPUTATLAR TOPLANIR: daha 11 məsələ müzakirə olunacaq - SİYAHI
Milli Məclisin komitəsi bəyanat yayıb - Səbəb
İlham Əliyev Tokayevə zəng edib
İsraildən Türkiyənin embarqosuna cavab gəldi: sərbəst ticarət dayandırıldı - Ərdoğana açıq mesaj verildi
Nazir bahalı xidməti maşınından imtina elədi: "Məcbur qalmadıqca əlavə heç nə alınmayacaq"