Zelenski və mühafizə xidmətinə sui-qəsd cəhdi: iki polkovnik tutulub

img

07-05-2024 [18:36]


Ukrayna ordusunun iki polkovniki prezident Vlodimyr Zelenskiyə sui-qəsdə hazırlıq ittihamı ilə tutulub. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu açıqlama yayıb.

Bildiirlib ki, Ukrayna hökumətinin mühafizə bölməsinin iki polkovniki maddi təminat qarşılığında Ukraynaya qarşı təxribat fəaliyyətləri törətməkdə ittiham olunaraq saxlanılıblar.

Məşhur CNN telekanalının xəbərinə görə, hər iki polkovnik dövlətə xəyanətdə və terror aktı hazırlamaqda mühakimə olunacaqlar. 

Prokurorluq şübhəlilərdən birinin Rusiya Dövlət Təhlükəsizliyi Xidmətindən (FTX) iki PUA və sursat aldığını dəqiqləşdirib: "Ukrayna Dövlət Təhlükəsizliyi Xidməti prezident Zelenskiyə, xidmətin rəisi, geneal Vasil Malyuk və Ukrayna Müdafiə Kəşfiyyatının rəisi Kirilo Budanov da daxil olmaqla, digər yüksək vəzifəli Ukrayna rəsmilərinə qarşı sui-qəsd planlarının qarşısını alıb...".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR