İsrail əsgərləri daha 22 nəfəri həbs edib

img

07-05-2024 [13:04]


İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində həbsləri davam etdirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Dərnəyi açıqlama yayıb.

Məlumata görə, gecədən etibarən İsrail ordusu İordan çayının qərb sahilində ən azı 22 nəfəri həbs edib: "Saxlanılanlar arasında gənc qız, yaralı 8 yaşlı uşaq da var".

Xatırladaq ki, bununla da Qəzzada müharibə başlayandan bəri həbs olunan fələstinlilərin sayı 8610-a yüksəlib, 497 nəfər isə həyatını itirib.

Firudin  Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR