MHP sədri: "Əllərində ülkücü qanı olanların feriştahı gəlsə, bizdə yapraq belə qımıldamaz"

img

07-05-2024 [13:30]


MHP sədri Dövlət Baxçalı Ankarada sui-qəsd nəticəsində öldürülən keçmiş Ülkü Ocakları başqanı Sinan Ateş haqqında hazırlanan ittihamnamə ilə bağlı parlament tribunasından danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, indiyə qədər Sinan Ateşin qətli ilə bağlı onlara yönəlik üstüörtülü və açıq mesajlara kəskin cavab verib.

MHP sədri bildirib ki, Sinan Ateşlı bağlı məhkəmə davası dərhal başlamalıdır: "Kimin əlində sənəd varsa məhkəmə ilə paylaşsın. Gəlin birlikdə baxaq, görək hüquqi proses Ankarada bitəcək, yoxsa Pensilvaniyada. Əllərində ülkücü qanı olanların feriştahı (Padşahı - mia.az) gəlsə, bizdə yapraq belə qımıldamaz".

Xatırladaq ki, keçmiş Ülkü Ocakları başqanı Sinan Ateş Ankarada sui-qəsdlə ödürülüb. Onn qətli ilə bağlı MHP-yə yaxın şəxslər tutulub, bəzilərinə isə qeyri-rəsmi ittihamlar irəli sürülüb.

Zülfiyyə Mustafayeva

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR