06-12-2018 [18:29]
Azərbaycanda həkimin yanlış əməliyyatına görə 7 yaşlı Murad Şaldyevin barmağı kəsilib.
Bu barədə Murad Şaldyevin anası Pərvanə Şaldyeva bildirib.
O qeyd edib ki, bu il oktyabrın 16-da oğlu həyətdə "samakat” sürərkən yıxılıb:
"Biz uşağı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna apardıq. Orada rentgen çəkilib, diaqnoz qoyuldu. Uşağın əlinə gips qoyulduqdan sonra dedilər ki, sabah səhər 09:00-da gətirin, təcili əməliyyat olunmalıdır. Biz də uşağı evə gətirdik. Evə gələndə Vaqif Qələndərli ilə əlaqə saxladıq. Onun bizimlə qohumluğu da çıxdı. Dedik ki, siz bu əməliyyatı edə bilərsinizmi?
O da bildirdi ki, bu əməliyyatı Azərbaycanda məndən başqa heç kim edə bilməz. Bir sözlə, özünü tərifləməyə başladı. Mən də anayam, istəyirəm ki, oğlumu savadlı həkim əməliyyat etsin. Səhər uşağı Vaqif Qələndərlinin yanına aprdıq. O, rentgen etmədən telefonumuzdakı şəkilə baxaraq uşağı əməliyyat etdi. Sonradan bilmişik ki, onun klinikasında ümumiyyətlə, rentgen aparatı yoxdur. Əməliyyatdan sonra dedi ki, 3 gündən bir sarğını dəyişməyə gətir. Uşaq əməliyyatdan sonra bir gecə qaldı. 1 həftədən sonra o, Amerikaya getdi. Həkimə dedim ki, bəs uşağın əli necə olacaq. O da dedi ki, hələ 3 aya sağalacaq, ona kimi gələcəyəm".
Pərvanə Şaldyeva vurğulayıb ki, həkim gedəndən sonra uşağın əlindən iy gəlməyə başlayıb:
"Tibb bacıları dedi ki, narahat olmayın. Heç bir problem yoxdu. Bunu dayıma dedim. O da uşağın şəklini çəkib göndərməyi söylədi. Daha sonra isə uşağın əlini başqa həkimlərə də göstərdik. Bütün həkimlər dedi ki, uşağın barmağı çürüməyə başlayır. Dedilər ki, həkim görmür ki, uşağın barmağı nə günə düşüb? Şəkli Türkiyəyədəki həkimlərə də atdıq. Onda o, bildirdi ki, uşağı ikinci əməliyyata götürürəm. Noyabrın 13-də ikinci əməliyyatda o, uşağın barmağının yarısını kəsdi. Biz dedik ki, siz bizə belə bir şey deməmişdiniz. Vaqif Qələndərli də bildirdi ki, alınmadı”.
Pərvanə Şaldyeva söyləyib ki, uşağı Yenidən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna aparıblar:
"Əməliyyat zaman mil qoyulmalıydı. O mil qoyulmayıb. Sümük içəridə qırıq-qırıq olub. O da barmağın üzünü tikib, sümüklər içəridə qalıb. Ona görə çürümə olub. İkinci əməliyyat da çox pis olunub. Uşağın hazırki vəziyyəti problemlidir. Həkim nəzarətindədir. Oğlumun başına gətirilən hadisələrə görə Respublika Prokurorluğuna və cənab Prezidentimiz İlham Əliyevə də məktub yazmışam. Hazırda iş prokurorluqdadır. Sən demə, əməliyyatdan öncə valideyn qol çəkir. Mən onu indi bilmişəm. O, mənim adımdan saxta sənəd düzəldib, imza da atıb. Atılan imza nə mənim, nə də atasına aid deyil”.
Pərvanə Şaldyevanın iddialarına cavab verməsi üçün Vaqif Qələndərli ilə əlaqə saxlasaq da zəngimizə cavab verməyib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (big.az)
“Badamdar Estates”in baş mühasibinə cinayət işi açılıb
Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Prezident İlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşüb - Birgə bəyanat + FOTOLAR (Yenilənib)
Emin Əmrullayevin qardaşına sərt ittiham var: "Dedi, al bu 100 mini, get və..." - Qalmaqallı məhkəmə işi (VİDEO)
Sabiq Baş nazir prorektor vəzifəsindən azad olunub
Neftçalada molla narkotik satarkən saxlanıldı - Yenilənib
MƏKTƏBDƏ 250 MİN MANATLIQ MƏNİMSƏMƏ: cinayət işi açıldı
Əli Əsədov Kahramanmaraşda: Baş nazir “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub
Bakıda oteldə müəmmalı olay: iki nəfər ölüb, ağır vəziyyətdə olanlar var (YENİLƏNİB)
"Fənərbağça"nın kapitanı: "Artıq çempionluq mümkün deyil"
Çempionlar Liqası: PSJ yoxsa "Dortmund"? - Bu gecə "döyüş" olacaq
Ərdoğan Küveyt əmirini hava limanında qarşılayıb - FOTOLAR
Nəsimi rayonunda tədbir keçirilib - FOTOLAR
Sabah leysan yağacaq - Xəbərdarlıq
Bu qanunu pozanlar cərimələnəcək - 12 min manatadək
MHP sədri: "Əllərində ülkücü qanı olanların feriştahı gəlsə, bizdə yapraq belə qımıldamaz"
İsrail əsgərləri daha 22 nəfəri həbs edib
Türkiyə ordusu daha 4 terrorçunu zərərsizləşdirib - Suriyada
Saatlının yeni DYP rəisi kimdir? - Təyinat
Ədliyyə işçiləri ilə bağlı yeni qərar verildi
Növbədənkənar seçki: proporsional sistem, referendum, deputat sayı... - YAP-çı deputatdan maraqlı MÜSAHİBƏ
Əfv Məsələləri Komissiyası bu tarixdə toplanır
Aleks de Souza Türkiyəyə dönür - Bu dəfə baş məşqçi kimi
PUTİN ƏMR VERDİ: Rusiya nüvə qoşunlarını ayağa qaldırıb - Qərbin mümkün hücumuna hazırlıq başlayıb
"Yelo Bank" keçmiş vəzifəli şəxsləri məhkəməyə üz tutub
DEPUTATLAR TOPLANIB: hansı qanunlar dəyişir? - SİYAHI
Tərtərdə məktəblilər arasında dava: ölən var
Əfqanıstanda güclü sel: 15 nəfər ölüb, yüzlərlə ev su altında qalıb
İsrail ordusu Rəfahda sərhəd qapısını ələ keçirib - Ordu açıqladı
Rektor özünə daha bir xidməti maşıən alır - 110 min manata
Azərbaycan və Slovakiya arasında yeni sənədlər imzalanıb
Ağsuda əməliyyat: saxlanılan var
"Göbək rəqsi" ilə qısa müddətə bir milyon dollar qazandı - FOTOLAR
Daha bir jurnalist həlak olub
CHP liderindən daha bir sürpriz qərar - Bu gün Baxçalı ilə görüşəcək