CHP liderindən daha bir sürpriz qərar - Bu gün Baxçalı ilə görüşəcək

img

07-05-2024 [00:04]


CHP lideri Özgür Özəl prezident Ərdoğanla görüşündən sonra növbəti sürprizə imza atmağa hazırlanır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu gün Böyük Millət Məclisində Ərdoğanın müttəfiqi olan MHP sədri Dövlət Baxçalı ilə görüşəcək. 

Məlumata gərə, görüş Bakı vaxtilə saat 13.00-da keçiriləcək.

Görüşdə gündəmdə olan aktual mövzular, o cümlədən hökumətin konstitusiya dəyişikliyi ilə bağlı təkliflərinin müzakirə olunacağı gözlənilir.

Samir Musayev

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR