Lukaşenko İlham Əliyevlə görüşdə: "İrəli aparmalı məsələlər var”

Lukaşenko İlham Əliyevlə görüşdə:     \"İrəli aparmalı məsələlər var”

GÜNDƏM

19.11.2018, 14:16

 "Azərbaycan ilə Belarusun bütün sahələrdə yaxşı münasibətləri var". 
Bunu Minsk şəhərində azərbaycanlı həmkarı İlham Əliyevlə görüşü zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
"Bizim ölkəmizə gəldiyinizə sevindim. Söhbət üçün mövzular var. Aramızda bütün sahələrdə - həm iqtisadi-ticari sahədə, həm siyasi, həm də hərbi sahədə yaxşı münasibətlər var. Amma bu münasibətlərə əlavə etməli, irəli aparmalı məsələlər də var”, –  Belarusun dövlət başçısı deyib.
A.Lukaşenko vurğulayıb ki, Belarusda yolunuzu gözləmişik: "Bir daha bildirir və təsdiq edirəm ki, aramızda heç vaxt qapalı mövzular olmayacaq. Biz bir dövlətdə yaşamışıq. Sizinlə çox yaxın insanlarıq”.
Report

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR