Tütün məmulatlarına aksizlər kəskin şəkildə artacaq - Siqaretlərin bahalaşması gözlənilir

img

29-10-2018 [11:45]


"Büdcə sənədlərindən görünür ki, 2019-cu ildə idxal olunan tütün məmulatlarına aksizlər kəskin şəkildə artacaq. Bu mənbədən büdcəyə daxil olan vəsaitin həcminin 2018-ci ilə nisbətən 2.5 dəfəyə yaxın artırılması bunu söyləməyə əsas verir".

Bu barədə iqtisadçı ekspert Rövşən Ağayev bildirib.

Onun sözlərinə görə, gələn il idxal olunan tütün məmulatlarından büdcəyə 248.6 mln. manat proqnoz edilir. 2018-ci il üçün həmin məbləğ 104 mln. manatdır: "Yerli istehsala aksizlər üzrə də daxilolamalarda əhəmiyyətli dərəcədə artım var: 10.1 mln. manatdan 58.5 mln. manata artımla proqnozlaşdırılır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA