XİN-dən Paşinyanın bəyanatına sərt cavab: "Gərginliyin yaranmasına xidmət edir"

img

24-10-2018 [22:59]


"Ermənistan baş naziri vəzifələrini icra edən Nikol Paşinyanın təkrarən səsləndirdiyi "Qarabağ rəhbərliyi münaqişənin həlli prosesinə qatılmayınca biz problemin həllindən uzağıq” açıqlaması münaqişənin mövcud format əsasında danışıqlar yolu ilə həllinə xələl gətirir, status-kvonun möhkəmlənməsinə və gərginliyin yaranmasına xidmət edir. Seçkiqabağı dövrdə Ermənistan rəhbərliyinin səsləndirdiyi belə əsassız bəyanatlar daha çox daxili auditoriyaya hesablanıb".

Mia.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı son bəyanatına dair suala cavabında deyib.

XİN rəsmisi bildirib ki, Ermənistan rəhbərliyi ölkəsinin gələcək inkişafını düşünərək münaqişənin tezliklə həlli istiqamətində real addımlar atmalı, beynəlxalq öhdəliklərinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əməl edərək Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalıdır: "Ermənistanın baş naziri vəzifələrini icra edən Paşinyan öz xalqını sülh prosesi yolunda yanıldaraq aldatmamalıdır. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin dəfələrlə bəyan etdiyi kimi, hazırkı status-kvo vəziyyəti dayanıqlı deyil və qəbuledilməzdir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 16.01.2026

İmtahan olacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA