Deputatdan ibrahim ibrahimliyə dəstək gəldi

img

09-04-2013 [11:10]


id Partiyası aprelin 6-da Naxçıvana yaxın qohumunun yas mərasimində iştirak etmək üçün səfər edən İbrahim İbrahimli bölgədə döyülməsindən narahatlığını ifadə edir və bu barədə bəyənat qəbul edib. Bəyənatda deyilir: ?Keçmiş millət vəkili, tanınmış icrimai-siyasi xadim İbrahim İbrahimlinin Naxçıvanda fiziki zorakarlığa və təhqirə məruz qalması heç bir mənəvi dəyərə, hüquqa sığmır. Ümid Partiyası bu qəbuledilməz hadisəni qətiyyətlə pisləyir və bu cinayyəti törədənlərin cəzalandırılmasını hakimiyyət orqanlarından tələb edir. Ümid Partiyası hesab edir ki, Naxçıvanda baş verən bu hadisə ölkədə idarəçiliyin qanunun aliliyinə söykənmədiyinin göstəricisidir. Hüquq mühafizə orqanlarının kimliyindən, siyasi mövqeyindən aslı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqlarının, təhlükəsizliyinin təminatçısı kimi fəaliyyət göstərmədiklərinin nümunəsidir. Müxalif fikirli, hakimiyyəti tənqid edən vətəndaşlara fərqli və qeyri- qanuni yanaşmanın sübutudur. Heç bir siyasi, mənəvi çərçivəyə sığmayan, Azərbaycan Respublikasının Konustitusiyasına, qanunlarına, ölkəmizin qoşulduqu beynəlxalq konvensiyarara zidd olan belə hadisələr insanlarda qisasçılıq, düşmənçilik hisslərini gücləndirir, ölkəni qarşıdurmaya sürükləyir. Ümid Partiyası iqtidardan belə yanaşmaya, anti- demokratik idarəçilik metodlarına son qoymağı, İbrahim İbrahimliyə qarşı fiziki zorakarlıq edənlərin dərhal aşkar edilib cəzalandırılmasını tələb edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA