?El? Hərəkatı yeni ofisdən də çıxarılır

img

05-04-2013 [04:09]


?Bu gün Binəqədi Rayon icra başçısının birinci müavini, polis rəisi, bölmə rəisi, 10-a yaxın polis əməliyyatçıları yeni ofisimizə köçməyə maneə yaradırlar?. Bu sözləri ?Qafqazinfo?ya açıqlamasında El Hərəkatının rəhbəri Eldar Namazov deyib. Eldar Namazov qeyd edib ki, birinci dəfə hakimiyyət nümayəndələri deyirdilər ki, biz sizə müdaxilə etmirik: ?Ofis sahibi ilə problem var. Amma indi hər şey üzə çıxır. Binəqədi Rayon icra başçısının birinci müavini, polis rəisi, bölmə rəisi, 10-a yaxın polis əməliyyatçıları yeni ofisimizə köçməyə mane yaradırlar. Ev sahiblərinə təzyiq edirlər. İşçilərimizi ofisə getməyə qoymurlar. Bu gün avadanlıqlarımızı ofisə köçürüb sabahdan işə başlayacaqdıq. Amma orada post qurulub deyə işçilərimiz avadanlıqları yerləşdirə bilmirlər?. Onun sözlərinə görə, hakimiyyət hərəkata hücuma keçib: ?Biz ofis partiyası deyilik. Hazırda bu məsələ ilə bağlı müşavirə keçiririk. Biz fəaliyyətimizi davam etdirəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA