Vahid namizəd kim olsun?

img

06-04-2013 [10:03]


Mia.Az xəbər portalında təxminən yeddi ay əvvəl start verilmiş ?Müxalifətin vahid namizədi kim olsun?? sorğusu başa çatıb. Prezident seçkiləri ilinə daxil olmuş Azərbaycanda ictimai rəyin siyasi qüvvələrin, əsasən də, müxalifət liderlərinin reytinqinin müəyyənləşdirilməsi məqsədi ilə müxtəlif internet portallarında çoxsaylı sorğular keçirilməkdədir. Belə sorğulardan birinə mia.az saytında 2012-ci ilin sentyabrında start verilmişdi və bu səsvermə kifayət qədər uzunmüddətli olaraq, bu ilin Novruz Bayramı ərəfəsinə qədər sürmüşdü. Təqribən yeddi ay davam etmiş bu sorğunun nəticələri bəzi çevrələr üçün gözlənilməz olub. Qeyd edək ki, sorğunun əsas cəhəti bütün kampaniya müddəti ərzində bir İP ünvanından səsvermədə yalnız bir dəfə iştiraka imkan verilməsi olub. Sorğunun nəticələrinə əsasən, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev müxalifətdəki opponentlərini üstələyərək, 2 819 respondentin qatıldığı elektron səsvermənin qalibi olub. Mia.Az portalında təşkil olunan və martın 19-u saat 13-45-də dayandırılan sorğunun nəticələrini təqdim edirik: Heç biri 24.41% (688) Əli Əliyev 16.50% (465) Lalə Şövkət 15.40% (434) İsa Qəmbər 14.33% (404) Əli Kərimli 12.95% (365) Rəsul Quliyev 5.78% (163) İqbal Ağazadə 3.48% (98) Etibar Məmmədov 3.23% (91) Mirmahmud Mirəlioğlu 2.20% (62) Hafiz Hacıyev 1.74% (49) Cəmi səslər: 2 819

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA