KXCP-dən daha bir bəyanat

img

09-04-2013 [07:05]


Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclasında daha bir bəyanat qəbul edilib. KXCP İH - partiyanın sədr müavini, İdarə Heyətinin üzvü, ?Kür? Vətəndaş Cəmiyyətinin koordinatoru Oqtay Gülalıyevin həbsindən 1 il ötməsinə baxmayaraq onun haqqında qaldırılmış cinayət işinə (CM-nin 220.2-ci maddəsi) hələ də xitam verilməməsi ilə bağlı etiraz bəyanatı ilə çıxış edir. Bəyanatda deyilir: ?Son illərin işlək və fəal QHT birliklərindən olan ?Kür Vətəndaş Cəmiyyətinin koordinatoru O. Gülalıyevin 08 aprel 2012-ci ildə Sabirabadın Minbaşı kəndində həbs edilməsindən və haqqında cinayət işinin qaldırılmasından düz 1 il keçir. Yerli və beynəlxalq ictimaiyyətin dəstəyi ilə 13 iyunda azadlığa buraxılsa da onun barəsində açılmış cinayət işinə xitam verilmədi. Əksinə məhkəmənin qərarı ilə ev dustağı olmaqla polis nəzarətinə verildi və ölkədən çıxmasına qadağa qoyuldu. Təəssüflə qeyd etmək lazımdır ki, vətəndaş cəmiyyətinin susdurulmasına xidmət edən bu addım ilə hakimiyyət qanunvericiliyə zidd olaraq O. Gülalıyev haqqında açılmış cinayət işinə 1 ildir ki, xitam vermir. Müxtəlif inzibati metodlarla onun və təmsil etdiyi təşkilatın fəaliyyətini məhdudlaşdırmağa çalışır. KXCP ? hakimiyyəti bir vətəndaş cəmiyyəti fəalı kimi O.Gülalıyevin haqqında qaldırılmıış cinayət işinin təqibinə son verilməsini, onun fəaliyyətinə normal şərait yaradılmasını qətiyyətlə tələb edir!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA