ibrahim ibrahimlini vəhzicəsinə döydülər

img

06-04-2013 [06:02]


İctimai Palatanın (İP) Koordinasiya Şurasının üzvü, tanınmış ictimai-siyasi xadim İbrahim İbrahimli Naxçıvanda misli görünməmiş vəhşiliklə üzləşib. Onu qəddarcasına döyüblər. Məlumata görə, İbrahim İbrahimli cavan bacısı oğlunun vəfatı ilə əlaqədar Naxçıvana gedib. O yas məclisində olduğu vaxtda kimlikləri hələlik bəlli olmayan bir dəstə mağara hücum çəkib, yas mərasimini dağıdıblar. Onlar İbrahim İbrahimlinin başına torba keçirərək özləri ilə kimsəsiz bir düzəngahlığa apararaq onu qəddarlıqla döyüb, ağır vəziyyətdə elə oradaca atıb qaçıblar. Hadisə saat 12 radələrində baş verib. Baş verən hadisə barədə musavat.com-a danışan İbrahim İbrahimli xəbəri təsdiqləyiərək bildirib ki, hadisə xərçəng xəstəliyindən vəfat edən bacısı oğlunun dəfninin ikinci günü-aprelin 6-da baş verib. Onun sözlərinə görə, əvvəlcə yas mağarında tanımadığı şəxslər onunla mübahisə ediblər: ?Naxçıvanın Tumbur kəndində idim. Dedilər ki, bura niyə gəlmisən, başqa-başqa şeylər danışırsan, filan. Onlar öyrədilmiş şəxslər idi. Yas yerində problem yaranmaması üçün oradan çıxdım. Yolda qabağımı kəsdilər, öz maşınlarına otuzdurdular, Duzdağ deyilən əraziyə gətirdilər. Həmin şəxslər mənim başıma torba keçirdilər, söyməyə, hədə-qorxu gəlməyə başladılar. Onlar mənə fiziki xəsarət yetirdilər, geyimlərimi cırdılar. Sonra da məni orada qoyub çıxıb getdilər?. O hesab edir ki, baş verənlər onun siyasi fəaliyyəti, İctimai Palata daxilində fəaliyyəti ilə bağlıdır. O, faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmədiyini də vurğulayıb(musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA