"Mən ordunun yiyəsiyəm, komandirəm, nəyəm..."

img

03-04-2013 [04:15]


"Məni tanıyan jurnalistlər bilirlər ki, necə adamam. Səhv suallar verəndə jurnalistlərə irad da tuturam. Mənə deyir ki, orduda əsgər niyə ölür? Siz Allah belə jurnalisrə başqa nə deyə bilərəm. Mən ordunun yiyəsiyəm, komandirəm, nəyəm...". Mia.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov dünən Kəlbəcərin işğalının ildönümü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət zamanı jurnalistlərlə kobud danışması barədə mətbuatda yazılanlara münasibət bildirərkən qeyd edib. "Kim istəyər ki, orduda əsgər ölsün? Belə də ki, düz deyirəm orduda əsgər ölər də. Müharibə şəraitində olan bir orduda ölmək şərəfdir. Allah ölən əsgərlərə rəhmət eləsin. Onların valideynlərinə səbr diləyirəm. Amma bu o demək deyil ki, jurnalist ağzına gələni danışsın, hər sualı versin. Jurnalist mənə dedi ki, Kəlbəcərdə ermənilər məktəb tikib. Cəhənnəmə tiksinlər. Biz ildə minlərlə məktəb tikirik, onu demirlər. Amma hansısa dığanın işini gözümüzə soxurlar. Lap tikiblər. Buna mən neyləyə bilərəm. Axı belə sual olmur".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA