Rəsul Quliyev: "Yazları 50-ini keçməsinə baxmayaraq..."

img

31-03-2013 [09:50]


Milli Məclisin eks spikeri, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevin ətrafında qalmaqal səngimək bilmir. Müsavat rəsmisi Arif Hacılı ilə yaşadığı söz davasından sonra mətbuatda kəskin tənqidlərə məruz qalan eks-spiker bu dəfə müxalifət liderlərinin bostanına daş atıb. Modern.az-ın məlumatına görə, R.Quliyev illərdir müxalifətdə olan bəzi liderlərin mənasız çıxışlardan başqa iş görmədiklərini deyib. ?Özlərini müxalif liderlər adlandıranlar var ki, yaşları 50-ini keçməsinə baxmayaraq gördükləri işləri ardıcıllıqla toplasan bir vərəq kağıza sığışar. O vərəqdə də sadəcə olaraq nə vaxt anadan olub və nə vaxt institutu qurtarıb və 23 ildir Azərbaycan dilində heç bir əhəmiyyət kəsb etməyən çıxışlardan başqa bir şey tapıb yazmaq mümkün deyil. Bu insanlar görmədikləri, hətta eşitmədiyi işlərdən saatlarla danışa bilər. Bu tip adamlar ona heç kimin qulaq asmadığına, artıq dediklərindən bezdiklərinə fikir vermədən danışacaqlar, çünki başqa iş bilmirlər, çünki çörəkləri ondan çıxır. Bu tip insanlara istənilən real və konkret iş tapşırılsa, o iş dağılacaq,çünki insan ancaq danışmaqda, ona- buna böhtan atmaqda pərgardır. Belə tip adamlara demokratiya uğrunda mübarizə aparıb qələbə çalmaq tapşırılsa, aydın məsələdir ki, o ölkədə demokratiyanın vəziyyəti necə olmalıdır. Bu adamlar kiminsə atdığı və real nəticə verən işlərini öz adına çıxmaqda ustadıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA