isa Qəmbərin oğlu məhkəməyə çağırıldı

img

28-03-2013 [12:26]


"Nida" təşkilatının üzvü, Müsavat Partiyasının başqanı İsa Qəmbərin kiçik oğlu Turqut Qəmbər bu gün Nərimanov rayon Məhkəməsinə çağrılıb. Bu barədə musavat.com-a T.Qəmbər məlumat verib. Onun sözlərinə görə, bu dəvət "Əsgər ölümlərinə son" aksiyasında iştiraka görə külli məbləğdə cərimələnməsi və cəriməni ödəməməsi ilə bağlıdır. Xatırladaq ki, bir müddət əvvəl məhkəmə icraçıları həmin cərimənin alınması ilə əlaqədar olaraq İsa Qəmbərin evinə gələrək, mənzildəki bəzi əşyaları siyahıya almışdılar. Onu da qeyd edək ki, fəal vətəndaşlar tərəfindən sözügedən aksiyada cərimələnmiş gənclərin cərimələrinin ödənilməsi üçün müvafiq məbləğ toplansa da, sırasında T.Qəmbər olmaqla bir neçə fəal cəriməni ödəməkdən imtina ediblər və bu məsələnin araşdırılmasını hüquqi müstəvidə davam etdirmək fikrindədirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA