Ilqar Altay prezidentliyə namizəd olacaq

img

25-03-2013 [02:19]


Bu gün 26 mart 2013-cü il tarixdə ?İctimai Tədqiqatlar Mərkəzi? İctimai Birliyinin ümumi iclası keçirilib. Toplantıda birliyin sədri İlqar Altayın (Məmmədov) 2013-cü il Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi ilə bağlı müzakirələr keçirilib. İctimai Birlik İlqar Altayın namizədliyini ölkəmiz üçün zamanın tələbinə müvafiq hesab edərək dəstəkləyib. Müzakirələrin və nəticəsi olaraq İlqar Altayın prezidentliyə namizədliyi irəli sürülüb. Birlik sədri İlqar Altay toplantı iştirakçıları qarşısında seçki bəyanatı verib: ?Biz 2003-cü ildə Müsavat Başqanı İsa Qəmbəri, 2008-ci ildə isə, hazırki Prezident İlham Əliyevi dəstəklədik. Təəssüflər olsun ki, nə İsa Qəmbər öz prezident olmaq şansını reallaşdıra, nə də İlham Əliyev prezident olaraq, imkanındakı demokratik islahatlar aparmaq şansını reallaşdıra bilmədilər. Hesab edirem ki, ölkəmizdə köklü müsbət dəyişikliklərə kəskin ehtiyac yaranıb. Bu dəyişiklikləri cəmiyyətin bütün ictimai-siyasi spektrini birləşdirən yeni qüvvə həyata keçirə bilər. Əminəm ki, tam müstəqil, partiyasız ziyalı-mütəxəssis olmaqla və potensial baxımından indiyə qədərki prezidentliyə namizədlərin heç birisindən geri olmamaqla bu yolda xalqımızın bütün istəklərin reallaşdıra biləcəyəm. Əmin olun ki, mənə göstərilən etimad və dəstəkdə yanılmayacaqsınız?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA