Gülər Əhmədovanın oğlu: "Gələcəm hamınızı..."

img

27-03-2013 [04:25]


Milli Məclisin sabiq deputatı, hazırda həbsdə olan Gülər Əhmədovanın böyük oğlu Toğrul Əhmədov anası ilə bağlı söz-söhbətlərdən qəzəblənərək, bəzi şəxsləri hədələyib. Modern.az-ın məlumatına görə, Yevlax şəhərində yerləşən "N? saylı hərbi hissədə əsgəri xidmətdə olan Toğrul Əhmədov özünün Facebook sosial şəbəkəsindəki profilində "Gələcəm hamınızı...? deyə yazaraq, kimlərəsə mesaj yollayıb. Statusun kimə və nə məqsədlə ünvanlandığı açıq-aşkar qeyd olunmasa da, Toğrul Əhmədovun anası ilə bağlı məlum olaylardan ciddi şəkildə təsirləndiyi sezilir. T.Əhmədov sözügedən statusu hərbi hospitala yerləşdirilməzdən öncə yazıb. Eks-deputatın oğlunun kimləri hədəfə alması maraq doğurur. Qeyd edək ki, eks-millət vəkili Gülər Əhmədovanın oğlu Toğrul Əhmədov bir neçə gün öncə xidmət etdiyi "N? saylı hərbi hissədə ağır xəsarət alaraq, Dövlət Sərhəd Xidmətinin Bakıdakı hospitalına gətirilib. Atası Fikrət Əhmədov oğlunun hərbi hissədə digər əsgərlər tərəfindən döyüldüyünü bildirsə də, rəsmi açıqlamada qeyd edilir ki, Toğrul Əhmədov əsgərlərlə qol güləşinə çıxarkən qolunu sındırıb. Xatırladaq ki, Toğrul Əhmədov həbri xidmətdən öncə Maliyyə Nazirliyindən çalışıb. Qeyd edək ki, müdafiə nazirinin telefon işlətməməklə bağlı olan əmrinə baxmayaraq Toğrul Əhmədov hətta facebook-da təhdid statusları yazır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA