Dalğa-nın sədri istefa verdi

img

14-03-2013 [01:21]


Dalğa Gənclər Hərəkatının Nizamnaməsinin 4.4.5. bəndinə əsasən (4.4.5. Sədr Qurultaya bir ay qalmış vəzifəsindən istefa verir) Dalğa Gənclər Hərəkatının sədri Saleh Mehdizadə vəzifəsindən istefa verib. Prosedur qaydalara əsasən yaxın 1 ay ərzində Dalğa Gənclər Hərəkatının Qurultayı keçiriləcək. Bununla bağlı olaraq 17 mart 2013-cü ildə Dalğa Gənclər Hərəkatının Geniş Toplantısı keçiriləcək. Geniş Toplantı zamanı Saleh Mehdizadə hərəkat rəhbərlik etdiyi dövrlə bağlı hesabatı dinlənəck, hərəkat daxilində Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılacaq və növbəti qurultayın keçiriləcəyi tarix açıqlanacaq. Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi Qurultayın keçiriləcəyi tarixə 24 saat qalmış müddətə qədər hərəkatın sədrliyinə namizəd olacaq şəxsləri (birinci müavinləri ilə birlikdə) və ?Demokratiya məktəbi?nin direktorluğuna namizəd olacaq şəxsləri qeydiyyata alacaq və onların bərabər təbliğatı üçün şərait yaradacaq. Qurultaya 7 gün qalmış həmin vaxta qədər namizədliyini irəli sürən şəxslərin ictimaiyyət üçün açıq debatı keçiriləcək. Qeyd edək ki, ötən ilin mart ayında keçirilən Qurultay zamanı Xanım Yadigarlı Dalğa Gənclər Hərəkatının sədri seçilmişdi. 2012-ci ilin 31 iyul tarixində o səhhətində yaranan problemlərə görə vəzifəsindən istefa vermişdi və geniş toplantı zamanı Saleh Mehdizadə Dalğa Gənclər Hərəkatının sədr əvəzi seçilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA