Baz katib Azərbaycanlı deputatlarla görüzüb

img

27-03-2013 [12:01]


Ekvadorda keçirilən Parlamentlərarası İttifaqın 128-ci Assambleyasında iştirak edən Azərbaycan nümayəndə heyəti bu qurumun baş katibi Andres Consonla görüşüb. Görüş zamanı PAİ ilə Azərbaycan arasında əməkdaşlıq müzakirə mövzusu olub. Nümayəndə heyətinin üzvü deputat Fuad Muradovun açıqlamasına görə görüş zamanı Azərbaycanın PAİ ilə əməkdaşlığa böyük önəm verdiyi vurğulanıb.Nümayəndə heyətinin üzvləri Azərbaycanda gedən ictimai-siyasi prosesləri, ölkədə aparılan islahatları və onun uğurlu nəticələrini baş katiblə müzakirə ediblər. A. Conson Azərbaycanla əməkdaşlğın artıq uzun illərdir davam etdiyini bildirib və əməkdaşlıqdan məmnun oldğunu görüş iştirakçılarının nəzərinə çatdırıb. Qeyd edək ki, Milli Məclisin vitse-spikeri Valeh Ələsgərovun rəhbərliyi ilə Azərbaycan Milli Məclisinin bir qrup deputatı Ekvadorda keçirilən Parlamentlərarası İttifaqın 128-ci Assambleyasında iştirak edir. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatları Səməd Səmədov, Cavanşir Feyziyev, Fuad Muradov və Sahibə Qafarova daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA