Hökumət Milli Məclisdə hesabat verir

img

15-03-2013 [01:10]


Milli Məclisin növbəti plenar iclası bu gün öz işinə başlayıb. Parlamentin iclası spiker Oqtay Əsədovun təklifi ilə ötən günlərdə avtomobil qəzasında həlak olan deputat Hikmət Atayevin xatirəsini bir dəqiqəlik sükutla yad edilməklə başlayıb. Daha sonra gündəlikdə hökumətin 2012-ci ilə dair hesabatının olduğunu bildirib. Oqtay Əsədov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində ölkə iqtisadiyyatında baş verən dinamik inkişaf hökumətin parlamentə təqdim etdiyi hesabatda əksini tapıb. Daha sonra Artur Rəsizadə hökumətin ötənilki fəaliyyəti haqqında hesabat verib. Hesabata görə, ÜDM-in istehsalında 2,2 faiz, qeyri-neft sektorunda 9,7 faiz artım olub: Bütövlükdə 25,8 milyard ABŞ dolları olan maliyyənin 75 faizi qeyri-neft sektorunu payına düşür. Strateji valyuta ehtiyatları 46 milyard dollara çatıb. Dövlət büdcəsinin gəlirləri bankların maliyyə dayanıqlığını təmin edib. Kredit borcları 27,8 faiz azalıb. Əmanətçilərə 550 milyon manat vəsait ödənilib. Proses bu il başa çatdırılacaq. Orta aylıq əməkhsaqqı 8,7 faiz artıb, pensiyaların orta məbləği 152 manata çatdırılıb. Məcburi köçkünlərin sosial problemlərinin həllinə 2011-ci ildəkindən 2,2 dəfə artıq maliyyə xərclənib. 23 minədək məcburi köçkün yeni mənzillə təmin edilib. Ümumilikdə, köçkünlərə 600 milyon manatdan artıq vəsait sərf edilib. Bu, 2011-ci illə müqayisədə 5,5 faiz çoxdur. 2012-ci ilin sonunda yoxsulluq səviyyəsi 6 faizə enib. A. Rəsizadə onu da bildirib ki, ötən ilin mayında Zaqatala-Balakən zonasına zəlzələ nəticəsində dəyən ziyanı aradan qaldırmaq üçün bir sıra işlər görülüb. 2974 ev, 19 məktəb və digər obyektlər istifadəyə verilib. 3 mindən çox ailəyə evlərin bərpası üçün maliyyə yardımı edilib. Azərbaycan ordusunun vəziyyəti həm xaricdən alınan, həm də daxildə istehsal olunan silah hesabına xeyli yaxşılaşdırılıb. Baş nazir bildirib ki, 2003-2012-ci illərdə 1 milyondan çox iş yeri açılıb. Bununla da hökumətin hesabatının təqdimatı başa çatıb. Hazırda millət vəkilləri hesabatla bağlı fikirlərini bildirirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA