?EL? ?Nida?ya qarzı repressiyanı pislədi

img

16-03-2013 [05:32]


?EL? hərəkatı ?Nida? gənclər təşkilatına qarşı hakimiyyət strukturlarının apardığı repressiya kampaniyasını pisləyən bəyanat yayıb. Hərəkat rəhbərliyinin qəbul elədiyi bəyanatda deyilir: ?Nida?nın artıq 4 nümayəndəsinin əsassız həbsi, onların öncədən 3 aylıq həbsə məhkum edilməsi və barələrində silah saxlama, dövlət çevrilişinə hazırlıq kimi ağır və absurd ittihamlarla cinayət işinin açılması hakim elitanın müxalif ovqatlı gənclər təşkilatları və siyasi partiyalara qarşı repressiyaları daha da sərtləşdirmək yönündə təhlükəli və uzaq gedən planlarından xəbər verir?. ?EL? hərəkatı hakimiyyəti təkidlə perspektivsiz siyasi repressiyalardan imtina etməyə, Azərbaycandakı narazılıq və gərginliyi dərinləşdirməməyə, ?Nida?nın əsasız yerə həbs olunmuş bütün üzvlərini azad eləməyə və ölkənin yetişmiş problemlərini vətəndaş cəmiyyətinin bütün qolları ilə real dialoq əsasında həll eləməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA