ADP zorakılıq və həbsləri pislədi

img

11-03-2013 [04:47]


52;n ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ötən həftə ərzində baş verən bir sıra hadisələrə partiyanın münasibəti açıqlanıb. İlk növbədə martın 10-da gənclərin keşirdiyi aksiyaya, bu aksiyanın təşkili ilə əlaqədar həyata keçirilən həbslərə münasibət bildirən İdarə Heyəti bəyanat qəbul edib. Bəyanatda deyilir: ?ADP kütləvi aksiya keçirəcəklərini bəyan etmiş Nida gənclər hərəkatının fəallarının həbsini siyasi motivli həbs kimi dəyərləndirir və qanunsuz olaraq həbs edilmiş vətəndaşlara qarşı istintaq prosesində zorakılıq edilməsini qətiyyətlə pisləyir. ADP hesab edir ki, naməlum şəraitdə alınmış videogörüntü şəklindəki ifadələrin televiziyalarda yayılması və məhkəmə olmadan gənclərin cinayətkar adlandırılması konstitusiya və qanunların kobud şəkildə pozulmasıdır. Partiyanın İdarə Heyəti həbs edilmiş gənclərin dərhal azadlığa buraxılmasını, fəal və vətənpərvər gənclərə qarşı aparılan biabırçı siyasi repressiya kompaniyasının dayandırılmasını tələb edir. Partiya həmçinin beynəlxalq təşkilatları, hüquq müdafiəçilərini həbs edilmiş gəncləri fəal müdafiə etməyə çağırıb.? Toplantıda 10 mart aksiyası yüksək qiymətləndirilib, aktual sosial tələblərlə təşkil edilmiş dinc mitinqin zərurət olmadan aşırı güc tətbiq edilməklə, xüsusi zorakılıqla dağıdılması və çoxsaylı iştirakçıların həbs olunmasının yolverilməz olduğu qeyd edilib. İdarə Heyəti siyasi partiyaların gənc nümayəndələri ilə seminar keçirən ATƏT-in Bakı ofisinin AF hotelindəki tədbirə polis tərəfindən xüsusi kobudluqla müdaxilə edilməsini və bu tədbirdə iştirakçı olan ADP-çi fəallar Cəmil Hacıyev və Şəhla Hacıyeva da daxil olmaqla bir qrup vətəndaşın həbs olunaraq polis idarələrinə aparılmasını polisin siyasi partiyaların fəaliyyətinə müdaxiləsi və kobud konstitusiya pozuntusu kimi qiymətləndirib, bu faktın ölkəmizin beynəlxalq nüfuzuna zərbə vuracağını qeyd edib. İdarə Heyətində son vaxtlar korrupsiyaya qarşı mübarizə adı altında həyata keçirilən kampaniya siyasi şou adlandırılıb, bu kampaniya ilə korrupsiyaya qarşı real mübarizə arasında heç bir əlaqənin olmaması qeyd edilib. Toplantida vurğulanıb ki, korrupsiya cinayətlərini olduqca aşağı əməkhaqqı alan müəllim və həkimlər arasında deyil, dövlət maliyyəsinin ayrılması və xərclənməsinə dair qərarları qəbul edən yuxarı dairələrdə axtarmaq lazımdır və korrupsiyaya qarşı mübarizə haqqında bir neçə il əvvəl qüvvəyə minmiş qanunun işləməsini təmin etməklə, habelə iqtisadiyyatda şəffaflığı artırmaqla korrupsiyaya qarşı effektli mübarizəni təşkil etmək mümkündür. İdarə Heyəti prezident aparatı şöbə müdiri Əli Həsənovun ATƏT-in Minsk qrupuna Avropa Birliyinin nümayəndəsinin daxil edilməsi təklifini yüksək qiymətləndirib, bu ideyanın bir müddət əvvəl məhz ADP İdarə Heyətində səsləndirildiyini diqqətə çatdırmaqla yanaşı, bundan əlavə Minsk Qrupuna NATO-nun nümayəndəsinin də dəvət edilməsinin ədalətli sülh prosesinə təkan verəcəyi qənaətini bir daha qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA