Qəbr dağıdan gəncin atası YAP-dan qovuldu

img

13-03-2013 [12:42]


2013-cü il fevralın 23-dən 24-nə keçən gecə Saatlı rayonunun Musalı kənd qəbiristanlığında 81 qəbrin başdaşının sındırılmasında təqsirli bilinən Ədalət Məmmədovun atası Səxavət Məmmədov Yeni Azərbaycan Partiyasından (YAP) uzaqlaşdırılıb. Mia.az bizimyolinfo.com-a istinadən xəbər verir ki, bu haqda AXCP Saatlı Şöbəsinin sədri Şamil Hacıbəyli məlumat verib. O, bildirib ki, Səxavət Məntəqə Seçki Komissiyasının üzvü olub: ?Hadisədə təqsirləndirli bilinən Ədalət Məmmədov isə ötən seçkilərdə Məntəqə Seçki Komissiyasında YAP-dan müşahidəçi olub?. Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) və 186-cı (əmlakı qəsdən məhv etmə) maddələri ilə cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri Ədalət Məmmədov və Nəsimi Əliyev polis tərəfindən saxlanılıblar. İstintaqın gedişində hadisənin baş vermə səbəbləri və xüsusatlara aydınlıq gətiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA